Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-868/2023 23.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. MPM-in 152.1.1. və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən görünür ki, ərizəçi Əkbərova X2 Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvləri də daxil olmaqla 0,12 hektar ölçüdə torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verildiyini, bu barədə onlara JN-242A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verildiyini, lakin X1 göstərilməli olduğu halda, Eltac adının Elton olaraq yazılmaqla səhvə yol verildiyini, ona görə də həmin sənədin X4 məxsus olması faktının müəyyən edilməli olduğunu göstərmişdir. İş materiallarından görünür ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yəni Ərizəçi tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(022)-868/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-868/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver