Məhkəmə qərarları › İş №2(022)-877/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-877/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-877/2025 22.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, borclu Cavabdeh 21 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, “Lenevo vl5-g31ıap” markalı kompüterə görə əsas borc üzrə 1248 (biı min iki yüz qırx altı) manat, cərimə borcuna görə 124 (bir yüz iyirmi dörd) manat, həmin tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Redmi Note 12” markalı mobil telefona görə isə əsas borc üzrə 517 (beş yüz on yeddi) manat, cərimə borcu üzrə 51 (əlli bir) manat, cəmi 1940 (bir min doqquz yüz qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iş üzrə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən dövlət rüsumu olaraq ödənilmiş (mədaxil qəbzi № **********) 100 (yüz) manat pul ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar