Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-91/2024 16.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X26 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən tərtib olunmuş JN-134 seriyalı, 80800028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə Süleymanlı (Bayramova) Nazilə Dilavər qızına məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bayramova X11 rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən tərtib olunmuş JN-134 seriyalı, 80800028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə Süleymanlı (Bayramova) Nazilə Dilavər qızına məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar rayon Aqrar islahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən onun atası X4 və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu, Bağbanlar kəndi ərazisində 1,31 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinə mülkiyyət hüququna dar dövlət aktı verilmişdir. Həmin dövlət aktında torpaq sahəsinin birgə mülkiyyətçisi qismində D.S.Şahbazov ilə yanaşı onun daha 2 ailə üzvünün, o cümlədən onun adı qeyd edilmişdir. Onun ailəsi həmin torpaq sahəsində kənd təsərrüfatı əkinləri ilə məşğuldur. Apardığı əkin işlərinə görə onlara subsidiya verilməsi nəzərdə tutulsa da, dövlət aktında onun adının düzgün qeyd edilməməsi səbəbindən onlara subsidiya verilməsindən imtina olunur. Belə ki, o, həmin dövlət altında X5 qeyd edilmişdir. Buna görə o, torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənəddə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini onlara tövsiyə etmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda, Ərizəçi xahişinin təmin edilməsini və Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən tərtib olunmuş JN-134 seriyalı, 80800028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə Süleymanlı (Bayramova) Nazilə Dilavər qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsinda göstərdi ki, o, 1990-ci illərin əvvəllərinədək Biləsuvar rayonu Bağbanlar kəndində fəaliyyət göstərmiş kolxozda, daha sonra isə Biləsuvar rayonu Bağbanlar kənd XDS İcraiyyə Komitəsinin sədr müavini, aqrar islahatlar dövründə isə yerli aqrar islahat komissiyasının katibi vəzifəsində işləmişdir. 18 fevral 1995-ci il tarixli “Aqrar İslahat haqqında” Azərbaycan Respublikası qanuna və 02 avqust 1996-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən bütün yerli aqrar islahat komissiyasılarına həmin qanun qəbul edilənədək doğulmuş və sağ olan uşaqların siyahısının tərtib edilməsi və rayon aqrar islahat komissiyasılarının yuridiksiyasında olan ailələrə və onların sağ olan uşaqlarına pay torpağı ayrılması tapşırılmışdır. O, Biləsuvar rayonu Bağbanlar kənd yerli aqrar islahat komissiyasının katibi qismində bütün siyahıyalma prosesində iştirak etmiş və müvafiq siyahı tərtib etmişdir. O, həmin siyahını həmin vaxt kənd icra nümayəndəsi işləyən Şahid2 Gülxoş oğlu ilə birlikdə Bakı şəhərinə aparmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində təsdiq etdirmişdir. Həmin siyahı əsasında isə onun başçılığı ilə Biləsuvar rayon aqrar islahat komissiyası tərəfindən Bağbankar kəndi ərazisində yaşayan ailələrə pay torpaq sahəsi ayrılmışdır. Həmin ailələrdən biri də X4 ailəsi olmuşdur. Belə ki, siyahıda səhvən D.S.Şahbazovun ailə üzvlərindən biri, yəni həmin şəxsin qızı X8 əvəzinə X5 göstərilmişdir. Ərizəçinin adının səhv yazılmasının səbəbi ondan qaynaqlanır ki, həmijn vaxt respublika ərazisində sürətlə və qısa zaman ərzində müxtəlif aqrar islahatlar aparılırdır. Bununla əlaqədar olaraq, yerli aqrar islahat komissiyasılarının müvafiq sənədlərin hazırlanması üçün çox az vaxtı olurdu və sanki həmin orqanlar arasında siyahıya alınma prosesi bir növ yarış kimi həyata keçirilirdi. Həmin siyahıya alınma prosesi çox az sayda əməkdaş vasitəsi ilə limitli sayda kompyüter texnikası vasitəsilə həyata keçirilirdi. Belə ki, bir kompyükter arxasında əyləşmiş əməkdaşa 7-8 nəfər yerli aqrar islahat komissiyasılarının nümayəndəli tərəfindən siyahıya alınmalı olan şəxslərin adları oxunurdu. Buna görə də o ehtimal edir ki, Ərizəçi adını siyahıya alınmalı şəxslərin adını kompyüter vasitəsi ilə qeyd edən əməkdaş tərəfindən səhv yazılmışdır. Həmçinin həmin vaxt D.S.Şahbazovun ailəsi özündən, arvadından və 1995-ci il təvəllüdlü Nazilə adlı qızından ibarət olmuşdur. Sonradan D.S.Şahbazovun 2 daha uşağı doğulsa da, həmin uşaqlar 02 avqust 1996-cı il tarixdən sonra doğulduqlarına görə həmin siyahıya daxil edilməmişlər. Bağbanlar kəndində pay torpaqları ayrıldığı vaxt həmin kənddə X13 adlı şəxs yaşamamış, yalnız X7 adlı uşaq olmuş və həmin uşağın da ailə üzvlərinə, X3 payı da nəzərə alınmaqla, ayrıca torpaq sahəsi ayrımışdır. Həmin siyahıya əsasən torpaq payları ayrıldığı zaman kənd sakini D.S.Şahbazov savadsızlıqdan qızının adının səhv yazıldığını anlamadığına və o özü də tərtib edilmiş siyahını kifayət qədər diqqətlə yoxlamadığına görə həmin aktda Ərizəçi adının səhvən X5 qeyd edilmişdir. Lakin həmin dövlət aktından başqa hər hansı sənəddə ərizəçiyə ayrıca torpaq sahəsi ayrılmamış, yalnız JN-134 seriyalı, 80800028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adı qeyd edilərək, həmin şəxsə də pay torpağ sahəsi ayrılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Gülxoş oğlu məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən JN-134 seriyalı, 80800028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edildiyi vaxt D.S.Şahbazovun qızı Süleymanlı (Bayramova) Nazilə Dilavər qızının adının səhvən X5 qeyd edildiyini təsdiq etdi. İş materiallarında olan 367283 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X23 04 avqust 2095-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Şahbazov, arvada Əliyeva soyadı verilmişdir. Mülki işdə olan 279570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndində doğulmuşdur. Onun atası X9, anası X17r. İşdə olan JN-134 seriyalı, 80800028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən X4 və ailə üzvləri – X14 və X10 mülkiyyətinə Biləsuvar rayonu, Bağbanlar kəndi ərazisində 1.31 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ-T seriyalı, 051224 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X24 12 mart 2020-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli, 3-21-3-44/2- Ş-00xx-xx/2023 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-134 seriyalı, 80800028 kodlu dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir və X6 məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mülki iş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, 5-39- 6/2-722/2023, 5-39-6/2-723/2023 və 5-39-6/2-724/2023 saylı arayışlardan görünür ki, Ərizəçi həqiqətən də Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayır, Biləsuvar rayonu, Bağbanlar kəndində X13 adlı şəxs yaşamır və JN-134 seriyalı, 80800028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü sırasında olan X1 Nazilə Dilavər qızı kimi oxunmalıdır və o, eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 5-39-6/2-889/202 və 5-39-6/2-891/2023 saylı arayışlardan görünür ki, Ərizəçi həqiqətən də Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayır, həmin şəxsə məxsus pay torpaq sahəsi vardır, lakin dövlət aktında onun adı yoxdur, həmin şəxsin qohumları sırasında X13 adlı şəxs yoxdur. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən Biləsuvar rayonu, Bağbanlar kəndi ərazisində yerləşən 1,31 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X4 və onun ailə üzvlərinin, o cümlədən Ərizəçi mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququ müvafiq olaraq JN-134 seriyalı, 80800028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Lakin həmin Dövlət Aktında Ərizəçi adı X5 göstərilmişdir. Buna görə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-134 seriyalı, 80800028 kodlu Dövlət X2 aid hissədə ona məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-134 seriyalı, 80800028 kodlu Dövlət X2 aid hissədə Bayramova (Süleymanlı) Nazilə Dilavər qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-134 seriyalı, 80800028 kodlu Dövlət X2 aid hissədə Bayramova (Süleymanlı) Nazilə Dilavər qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-91/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-91/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver