Məhkəmə qərarları › İş №2(022)-92/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-92/2023

19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-92/2023 19.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN -183 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Muradova (Yoldaşova) Süsənbər Mirzəbala qızına məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Muradova X4 rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN -183 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Muradova (Yoldaşova) Süsənbər Mirzəbala qızına məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar rayon Aqrar islahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən onun atası X8 və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu Nəsimi kəndi ərazisində 6,72 hektar ölçüdə pay torpaq sahəsi verilmişdir. X20 torpaq sahəsinin birgə mülkiyyətçisi qismində X11 ilə yanaşı həmin şəxsin daha 10 üzvünün, o cümlədən onun adı qeyd edilmişdir. Onun ailəsi həmin torpaq sahəsində kənd təsərrüfatı əkinləri ilə məşğuldur. Apardığı əkin işlərinə görə onlara subsidiya verilməsi nəzərdə tutulsa da, dövlət aktında onun adının düzgün qeyd edilməməsi səbəbindən onlara subsidiya verilməsindən imtina olunur. Buna görə o torpağa mülkiyyət hüququna dair JN -183 seriyalı, 80800068 kodlu Dövlət Aktında yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənəddə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini ona tövsiyə etmişdir. Buna görə də o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi xahişinin təmin olunmasını, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN -183 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Muradova (Yoldaşova) Süsənbər Mirzəbala qızına məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X11 onun qızıdır. Ərizəçinin adı rəsmi sənədlərdə Süsənbər kimi qeyd edilsə də, ailə üzvləri və yaxın qohumları ərizəçini həmişə Elnurə adı ilə çağırmışlar. O, 1997-ci ildən 2006-cı ilədək Rusiya Federasiyasının Leninqrad vilayətində yaşamış və işləmişdir. Həmin dövrdə Azərbaycanda aqrar islahatlar aparılmış və onun ailə üzvlərinin mülkiyyətinə pay torpaq sahəsi verilmişdir. Lakin həmin vaxt torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qızının adı Süsənbər əvəzinə Elnurə kimi qeyd edilsə də, ailə üzvləri savadsızlıqdan bunu əhəmiyyətsiz məsələ hesab edərək, müvafiq düzəlişin edilməsini tələb etməmişlər. Hazırda onlar həmin torpaq sahəsində əkin işləri aparırlar. Dövlət aparılan əkin işlərinə vətəndaşlara subsidiya versə də, torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qızının adının səhv yazılması səbəbindən onlara subsidiyə verilməsindən imtina olunmuşdur. İşdə olan JN-393 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən X8 və ailə üzvlərinin, o cümlədən X3 mülkiyyətinə Biləsuvar rayonu Nəsimi kəndi ərazisində 6,72 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 sentyabr 2022-ci il tarixli, 632 saylı arayışından görünür ki, JN -183 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adı Ərizəçi adı səhvən Elnurə kimi qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat Şöbəsinin 09 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, X6 xx xxxxxx 1982-ci ildə, X8 və X7 birgə nikahından anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 dekabr 2006-cı ildə X12 ilə rəsmi nikah bağladıqdan sonra Muradova soyadını qəbul etmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 noyabr 2022-ci il tarixli, 801 saylı arayışından görünür ki, X8 və X7 birgə nikahından 10 övladı, o cümlədən xx xxxxxx 1982ci ildə X6 anadan olmuşdur. Həmin arayışla təsdiq olunur ki, X8 və X7 birgə nikahından Elnurə adlı qızı yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, **********91 saylı arayışdan görünür ki, JN-710A nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən Biləsuvar şəhəri 6,72 hektar torpaq sahəsi X8 və ailə üzvlərinin, o cümlədən Muradova (Yoldaşova) Süsənbər Mirzəbala qızının mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ JNº-183 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Lakin X20 Ərizəçi adı X2 göstərilmişdir. Buna görə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JNº-183 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə ona məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JNº- 183 seriyalı 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Muradova (Yoldaşova) Süsənbər Mirzəbala qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JNº-183 seriyalı, 80800068 kodlu Dövlət X1 aid hissədə Muradova (Yoldaşova) Süsənbər Mirzəbala qızına məxsus olması faktları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar