Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-94/2023 02.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Əsədova X4 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, birgə mülkiyyət hüququ ilə X10 adına verilmiş JN-277 kod 80800078 Torpağın Mülkiyyət hüququna dair Dövlət aktında X5 aid hissədə-xx.xx.1985-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ərizəçi1 və X6 aid hissədə xx.xx.1982-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Biləsuvar Rayon Aqrar islahat komissiyasının 21 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə onlara və ailə üzvlərinə 6.95 ha ölçüdə kənd təsərrüfatı istehsalı məqsədilə torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir.Bu haqda onlara JN-277 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onların soyad və adları düzgün qeyd olunmamışdır. Belə ki, rəsmi adı və soyadı Ərizəçi1 olsa da, Dövlət aktında soyadı səhvən X3 göstərilmişdir. Odur ki, birgə mülkiyyət hüququ ilə X10 adına verilmiş JN-277 kod 80800078 torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə-xx.xx.1985-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasında Ərizəçi1 ilə eyni məzmunda ifadə verərək bildirmişdir ki, birgə mülkiyyət hüququ ilə X10 adına verilmiş JN-277 kod 80800078 torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə xx.xx.1982-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçiləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi2 daşınmaz əmlakın şıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 550 saylı arayışında göstərilir ki, JN-277 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib olunarkən texniki səhv nəticəsində üçüncü şəxs kimi göstərilən Ərizəçi1 soyadı səhvən Əsədova, dördüncü şəxs kimi göstərilən Ərizəçi2 adı səhvən Aynurə kimi yazılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-277 saylı kod 80800078 Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Nəsimi kənd sakini X12, X13, X11, X6, X7, X8, X14 və X9 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 1997-ci il tarixli 30 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 6.95 hektar torpaq sahəsi verilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, JN-277 kod 80800078 torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədəxx.xx.1985-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ərizəçi1 və JN-277 kod 80800078 torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə xx.xx.1982-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN-277 kod 80800078 torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədəxx.xx.1985-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ərizəçi1 və JN-277 kod 80800078 torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə xx.xx.1982-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-94/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-94/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver