Məhkəmə qərarları › İş №2(022)-947/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-947/2025

04.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-947/2025 04.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi vəkil X6, Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, bacısı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi vəkil X9 məhkəmə iclasında bildirmişdir ki, X8 ərizəçinin doğma bacısıdır. O, 12 noyabr 1989-cu ildə doğulmuşdur. Bacısı doğulduğu vaxtdan "Oliqofreniya, kəskin ifadə olunmuş imbesillik" xəstəliyindən əziyyət çəkir. Əmək qabiliyyətsiz olmaqla, orqanizmi funksiyaları 100 faiz pozulmaqla müddətsiz, əmək qabiliyyətsiz olmaqla 1-ci dərəcəli əlildir. Hesab edir ki, onun üzərində qəyyum təyin edilməlidir. Lakin məhkəmənin bu barədə qərarı olmaması onu çətin bir vəziyyətə salmışdır. Sonda ərizəçinin nümayəndəsi 12 noyabr 1989-cu ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışından görünür ki, X7 xx.xx.2005-ci il tarixdən oliqofreniya, kəskin ifadə olunmuş inbesillik dərəcəli diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik verilmişdir.Əmək qabliyyətsizdir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X13 xx.xx.2025-ci il tarixli 2828 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X10, qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10, qızı öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 12 noyabr 1989-cu il tarixdə Biləsuvar rayonu Ağayrı kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 12 noyabr 1989-cu il tarixdə Biləsuvar rayonu Ağayrı kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X8 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar