Məhkəmə qərarları › İş №2(022)-963/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-963/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-963/2023 10.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə müraciət edərək, JN- 501A (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 hissəsində Ərizəçi kimi göstərilməklə həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997 ci il tarixli 31 saylı qərarı ilə ona və ailə üzvləri də daxil olmaqla 0,20 hektar ölçüdə həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir.Bu barədə onlara JN-501A ( kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir.Həmin Şəhadətnamədə adı və soyadı düzgün yazılmamışdır. Belə ki, aktda X9 yazılmış, əslində isə Ərizəçi kimi yazılmalı idi.Torpağın mülkiyyətə verilməsinə dair JN- 501A saylı Şəhadətnamədə onun adı və soyadı doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində olan adı və soyadı ilə düzgün gəlmir.Torpağın mülkiyyətə verilməsinə dair JN-501 A saylı Şəhadətnamədə adının və soyadının düzgün yazılmaması səbəbindən həmin sənəd əsasında hər hansı əqdin və digər hərəkətlərin edilməsinə maneçilik edir. Bu səbəbdən onun və ailə üzvlərinin həmin əmlak üzərində olan xüsusi mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Belə ki, həmin şəhadətnamə əsasında reyestr xidmətindən çıxarış alaraq vəfat etmiş bacısı X5 qanun üzrə vərəsələri kimi vərəsəlik şəhadətnaməsi almaq istəyirlər. Lakin bu səhv səbəbindən həmin çıxarışı ala bilmirlər. Şəhadətnamədə adının və soyadının düzgün yazılmaması ilə bağlı cavabdehə müraciıət etmiş, müraciətinə xx.xx.2023-cü il tarixli, 3-21- 344/2-2480/2023 saylı məktubla cavab olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, Ərizəçi JN- 501A (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 hissəsində Ərizəçi kimi göstərilməklə həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Ağayrı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-11/2-414/23 saylı arayışından görünür ki, X3 rayonu Ağayrı kəndində yaşamaqla onun-X13, X14, X15, X16, X17 və Ərizəçi adlı ailə üzvləri vardır. İş materiallarında olan AZ-İ № 930016 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-501A KOD 80805018 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Ağayrı (keçmiş Kirovka) kənd sakini X7 ailə üzvləri olan- X13, X14, X15, X16, X17, X10 və X6 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 31 nömrəli qərarı ilə 0,20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə ərizəçinin adı X4 qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Ağayrı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli Aktında göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Toroaq və Xəritəçəkmı komitəsi tərəfindən verilmiş JN-501A kod 80805018 saylı dövlət aktında torpaq mülkiyyətçilərindən texniki səhv nəticəsində Ərizəçi əvəzinə X4 yazılmışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN-501A saylı (kod ********) X2 aid hissəsində Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-501A saylı (kod ********) X2 aid hissəsində Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar