Məhkəmə qərarları › İş №2(022)-973/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-973/2023

03.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-973/2023 03.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 1981-1993-cü illərdə Biləsuvar rayonu Bağbanlar kəndində fəaliyyət göstərmiş “Kommunizm yolu” və 1994-1996-cı illərdə M.Əsədov adına kolxozda işləməsi faktı ilə bağlı Ərizəçi Pensi oğlunun adına tərtib olunmuş X3 05 iyun 2023-cü il tarixli 3-4-10RA/2-165-2023 saylı Arxiv arayışının ona məxsus olma faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışıdır ki, hazırda Biləsuvar rayonunun Bağbanlar kəndində qeydiyyatda olmaqla yaşayır. 1981-1993-cü illərdə kəndlərində fəaliyyət göstərən ’Kommunizm yolu” kolxozunda, 1994-1996-cı illərdə isə M.Əsədov kolxozda kolxozçu kimi işləmişdir. Buna dair Biləsuvar rayon Dövlət Arxivi idarəsinin 05 iyun 2023-cü il tarixli arayışı da vardır. Həmin illər kolxoz tərəfindən adına əmək kitabçası tərtib olunmamışdır. Kənddə el arasında onun adı Əyyar olsa da Əlyar kimi çağırarlar. Odur ki, kolxozda işlədiyi illərin arxiv sənədlərində adı el arasında çağırıldığı kimi, yəni Əlyar kimi yazılmışdir. Hazırda pensiyaya çıxmaq istəsə də kolxozda işlədiyi dövrə aid sənədlərdə adı Əlyar olaraq qeyd olunduğundan həmin illərdə işləməsinə baxmayaraq ona sosial sığorta stajl kimi nəzərə alınmır. Halbuki, həmin illərdə adı çəkilən kolxozda işləməsini şahidlər də təsdiq edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə X5 sənədini göndərsə də ona bildirmişlər ki, arxiv arayışındakı adı fərqi olduğundan ona pensiya təyin edilməsi mümkün deyildir. Bu isə onun hüquqlarını pozur. Hazırda ondan asılı olmayan səbəblərdən kolxozda işləməsinə dair sğorta stajının ona aid olmasını təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilmir. Odur ki,ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar rayon Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 iyul 2023-cü il tarixli № 5-39-6/2-582/2023 saylı arayışından görünür ki, Aslanov X2 rayonu Bağbanlar kəndində yaşayır . İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar rayon Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 iyul 2023-cü tarixli № 5-39- 6/2-581/2023 saylı arayışından görünür ki, həqiqətən Bağbanlar kənd sakini Ərizəçi Əlyar adlı qardaşı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının məktubundan görünür ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla hal-hazırda da həmin ünvanda yaşayır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivi idarəsinin xx.xx.2023-cü il tarixli № 3-48-10RA/2-165/2023 saylı Arxiv arayışından görünür ki, Ərizəçi 1981-1993-cü illərdə Kommunizm yolu və 1994-1996-cı illərdə Məhəmməd Əsədov adına kolxozlarda Əlyar adı ilə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə həmkəndlidir. Belə ki, 1986-ci ildən “Komminizm yolu” kolxozunda işləmiş, daha sonra “Kommunizm Yolu” kolxozunun adı dəyişdirilərək M.Əsədov adına kolxoz olmuşdur. O, həmin kolxozda 1998-ci ilə kimi işləmişdir. Həmin illərdə Əyyar da həmin kolxozda baş zootexnik vəzifəsindı işləmişdir.Ərizəçiı hamı Əlyar kimi tanıyır və Əlyar kimi çağırırdı.O, isə həmin kolxozda tikinti briqadiri işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla, qonşuluqda yaşayır. Ərizəçini uzun illərdi tanıyır. Belə ki, xx.xx.1980-ci ildən “Kommunizm Yolu” kolxozunda baş iqtisadçı vəzifəsində işləmişdir.Daha sonra kolxozun adı dəyişdirilərək M.Əsədov adına kolxoza çevrilmişdir. O, həmin kolxozda xx.xx.1997-ci il tarixədək işləmişdir. İşlədiyi vaxt Ərizəçi da əvvəlcə “Kommunizm Yolu” daha sonra isə M.Əsədov adına olan həmin kolxozda baş zootexnik vəzifəsində işləmişdir.Ərizəçi iş yerində Əlyar kimi çağırılırdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1981-1993-cü illərdə Kommunizm yolu və 1994-1996cı illərdə Məhəmməd Əsədov adına kolxozlarda işləməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Pensi oğlunun 1981-1993-cü illərdə Biləsuvar rayonu Bağbanlar kəndində fəaliyyət göstərmiş “Kommunizm yolu” və 1994-1996-cı illərdə M.Əsədov adına kolxozda işləməsi ilə bağlı adına tərtib olunmuş X3 05 iyun 2023-cü il tarixli 3-4-10RA/2-165-2023 saylı Arxiv arayışının Ərizəçi Pensi oğluna məxsus olma faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar