Məhkəmə qərarları › İş №2(022)-994/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-994/2023

28.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-994/2023 28.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun özünə məxsus iki evi vardır. Həmin evlərdən biri ünvan 1 ünvanında bir mərtəbəli, 2 otaqdan ibarət yaşayış evini 14 sentyabr 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində № 667 a Qeydiyyat vəsiqəsi və ona məxsus Texniki Pasporta əsasən öz adına sənədləşdirmiş, digər Biləsuvar şəhəri, K.Əbilhəsənov küçəsi, 9/2 yerləşən 3 (üç) otaqdan ibarət yaşayış evini 14 sentyabr 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində № 668 a Qeydiyyat vəsiqəsinə və ona məxsus Texniki Pasporta əsasən öz adına sənədləşdirmişdir. Beləliklə, hər iki evi sənədləşdirdikdən sonra adı çəkilən sənədlərlə bağlı yenidən Çıxarış almaq üçün müraciət etmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, şəxsiyyət vəsiqəsində adı Elnur olduğu halda sənədlərdə səhv olaraq adı Elmir olaraq yazılmışdır. Ona görə də qeyd olunan evlərə dair öz adına Çıxarış ala bilməmişdir. İddiaçı Ərizəçi tələbinin təmin edilərək hər iki əmlak üzrə 667a saylı, 668a saylı 14 sentyabr 2004-cü il tarixli Qeydiyyat Vəsiqələri və İnventar nömrələri № 654 saylı, № Q-272 saylı Texniki Pasportlarda mülkiyyətçi olaraq Elnur adının yerinə səhv yazılmış Elmir adının düzəliş qaydasında Elnur yazılmaqla düzəliş edilməsi vəzifəsinin 8 saylı Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; İddia tələbindən görünür ki, iddiaçı Ərizəçi 667a saylı, 668a saylı 14 sentyabr 2004-cü il tarixli Qeydiyyat Vəsiqələri və İnventar nömrələri № 654 saylı, № Q-272 saylı Texniki Pasportlarda mülkiyyətçi olaraq Elnur adının yerinə səhv yazılmış Elmir adının düzəliş qaydasında Elnur yazılmaqla düzəliş edilməsi vəzifəsinin 8 saylı Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir ki, bu da həmin tələbə məhkəmə icaatı qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar