Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1017/2023 04.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN–332 KOD 50110018 Torpağa mülkiyyət hüququna dair X5 Gülxanıma aid hissənin və Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN–240A KOD 50110018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi Mamed qızına aid hissənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 2,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN–332 KOD 50110018 Dövlət aktında onun adı “Ərizəçi” əvəzinə yanlış olaraq “Ərizəçi” kimi və Torpağın mülkiyyətə verilməsinə dair JN–240A KOD 50110018 nömrəli Şəhadətnamədə onun adı “Ərizəçi” əvəzinə yanlış olaraq “Ərizəçi Mamed qızı” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onun adı “Ərizəçi” kimi qeyd edilmişdir. Qeyd olunan Dövlət Aktında və Şəhadətnamədə olan səhvlik torpaq sahələri ilə bağlı sənədləşmənin aparması üçün ona çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılaraq ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulmuşdur. JN–332 KOD 50110018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 2,27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, Ərizəçi, X2, X1 mülkiyyətlərinə verilmişdir. JN–240A KOD 50110018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X3, Ərizəçi Mamed qızı, X2, X1 mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Orta Salahlı kəndində yerləşən 2,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–332 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı “Ərizəçi” kimi göstərilsə də, JN–332 KOD 50110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi” və JN–240A KOD 50110018 nömrəli Şəhadətnamədə “X4” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “Ərizəçi Mamed qızı” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–332 KOD 50110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN–240A KOD 50110018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–332 KOD 50110018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi”a aid hissədə və JN– 240A KOD 50110018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Ərizəçi Mamed qızı”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN–332 KOD 50110018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi”a aid hissədə və JN–240A KOD 50110018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Ərizəçi Mamed qızı”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1017/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1017/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver