Məhkəmə qərarları › İş №2(023)-103/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-103/2025

10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-103/2025 10.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi1 nümayəndəsi Nümayəndə qızının və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 10 yanvar 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat komisiyyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-610A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Volodya oğluna aid olan hissədə Ərizəçi1 və X4 aid olan hissədə X2 məxsus olması, Qazax rayon Aqrar İslahat komisiyyasının 08 sentyabr 1997-çi il tarixli 10 saylı qərarı ilə verilmiş JN- 610B KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Volodya oğluna aid olan hissədə Ərizəçi1 və X4 aid olan hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat komisiyyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-610A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Çaylı kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi və Qazax rayon Aqrar İslahat komisiyyasının 08 sentyabr 1997-çi il tarixli 10 saylı qərarı ilə verilmiş JN-610B KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Çaylı kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi onların və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hər iki Şəhadətnamədə onların adı Ərizəçi1 əvəzinə yanlış olaraq Ərizəçi1 Volodya oğlu kimi, Ərizəçi2 əvəzinə yanlış olaraq X1 qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamələrdə və Dövlət Aktında olan səhvlik torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı çətinlik yaratmışdır. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçini və ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında arayışdan görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş Ərizəçi1 atası X5, anası Ərizəçi2 Hacı qızıdır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1998-ci ildə il tarixdə doğulmuş Ərizəçi2 atası Ərizəçi1, anası Nümayəndədır. AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1998-ci ildə doğulmuşdur. JN-610A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi Ərizəçi1 Volodya oğlu, Nümayəndə, X7, X9 və X3 mülkiyyətinə verilmişdir. JN-610B KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi Ərizəçi1 Volodya oğlu, Nümayəndə, X7, X9 və X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adları “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN-610A KOD 50112018 nömrəli və JN-610B KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə “Ərizəçi1 Volodya oğlu və X6” kimi göstərilmişdir. Şəhadətnamələrdə göstərilən “Ərizəçi1 Volodya oğlu və X6” ilə şəxsiyyət vəsiqələrində və digər sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN-610A KOD 50112018 nömrəli və JN-610B KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr, doğum haqqında şəhadətnamələr, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahat komisiyyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN- 610A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Volodya oğluna aid hissədə Ərizəçi1 və X4 aid hissədə X2 məxsus olması, Qazax rayon Aqrar İslahat komisiyyasının 08 sentyaar 1997-çi il tarixli 10 saylı qərarı ilə verilmiş JN-610B KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Volodya oğluna aid hissədə Ərizəçi1 və X4 aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat komisiyyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-610A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Volodya oğluna aid hissədə Ərizəçi1, X4 aid hissədə X2 məxsus olması, Qazax rayon Aqrar İslahat komisiyyasının 08 sentyabr 1997-çi il tarixli 10 saylı qərarı ilə verilmiş JN-610B KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Volodya oğluna aid hissədə Ərizəçi1, X4 aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar