Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1034/2024 07.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Qazax İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 aprel 1986-ci il təvəllüdlü Azərbaycan Respublikası Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, qardaşı X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Qazax şəhəri H.Əliyev ev 258-də yaşayan qardaşı X13 uşaqlıqdan psxi xəstəlikdən əziyyət çəkir.Bu xəstəliyi ilə əlaqədar daima həkim nəzarətində olmalıdır.Müəyyən tarixlərdə Qazax rayonlararası ruhi xəstəxanada stasionar müalicədə olmuşdur.Lakin buna baxmayaraq,vəziyyəti yaxşı olmur.Bu xəstəlikdə onun digər xəstəliyinin ağırlaşmasına təkan verir.Onu neçə illərdir ki, ambulator müalicə etdirməyə çalışsa da nəticəsi olmamışdır.Bu qeyd etdiyi hallar onun müayinəsi ilə bağlı sənədlərdədə təsdiqini tapmışdır.Mütamadi müalicə etdirmiş, ancaq onun xəstəliyinin mülicəsi olmadığını və yalnız sakitləşdiricilərin köməyi olacağını bildirirlər.O bu xəstəlik səbəbindən fəaliyyət qabiliyyətini itirmişdir. Buna görə də məhkəmə qaydasında qardaşı xx.xx.1986-ci il təv. X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. X13 hərəkətlərinin nəticəsini dərk etmir və özünü idarə edə bilmir.Bu xəstəlikləri ilə bağlı müddətsiz olaraq birinci dərəcəli əlildir. Bununla əlaqədar olaraq ərizəçi X6 fəaliyət qabiliyyəti olmayan hesab edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 Məqsəd Akif oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xİ-ЖГ seriyalı 397911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01 aprel 1986-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Həmin şəxsin atası X16, anası X4r. İş materiallarında olan Xİ-ЖГ seriyalı 382943 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1983-cü il Qazax rayonunda anadan olmuşdur.Həmin şəxsin atası X15, anası X4r. Həmçinin iş materiallarında olan AZ-İ seriyalı 238961 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Rasim Nizami oğlu ilə nikaha daxil olmuşdur və X2 Ərizəçi veilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, 01 aprel 1986-ci il təvəllüdlü X13 2.1 Birinci dərəcə əlillik- 2.1.13. etiologiyasından aslı olmayaraq, dərin və ağır dərəcəli kəmağılılıq, həmçinin anadangəlmə idiotiya,yaxud kəskin nəzərə çarpan inbesillikdən (İQ- 35 dən aşağı olanlar) əziyyət çəkir.Birinci dərəcəli əlilldir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 616 nömrəli rəyindən görünür ki, 01 aprel 1986-ci il tarixdə anadan olmuş X13 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. 01 aprel 1986-ci il tarixdə anadan olmuş X13 öz hərəkətlərinin ölçüb-biçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X13 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. 01 aprel 1986-ci il tarixdə anadan olmuş X13 öz hərəkətlərini ölçüb-biçmək və ya özünü idarə etmək ,öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 01 aprel 1986-ci il Qazax şəhərində anadan olmuş X13 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 01 aprel 1986-ci il tarixdə Qazax şəhərində anadan olmuş X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 01 aprel 1986-ci il Qazax şəhərində anadan olmuş X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1034/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1034/2024
07.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver