Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1035/2023 03.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı vərəsəliyin müəyyən edilməsi ilə mirasın tam olaraq mülkiyyətə verilməsi tələbi barədə mülki işə 03 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 04 may 2023-cü il tarixli, **********76-05101-093002 reyestr nömrəsi və ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X2ndan miras qalmış ünvan 2-də yerləşən, ümumi sahəsi 48,3 kv.m olan mənzilə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi idarəsindən xx.xx.2023-cü il tarixli, ********* qeydiyyat və **********76-05101-093002 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri, Bakı küçəsi, ev 135, mənzil 2-də yerləşən ümumi sahəsi 48.3 kvadratmetr olan mənzil nənəsi, mərhum X5 mülkiyyətində olmuşdur. X2 24 yanvar 2003-cü il tarixdə bu evə dair onun adına vəsiyyətnamə vermişdir. X8 30 iyun 2013-cü ildə vəfat etmiş və qeyd olunan əmlak ondan miras qalmışdır. Nənəsi sağlığında onunla yaşamışdır və vəsiyyətnamə vermişdir. Nənəsinin sağlığında və eləcədə vəfatından sonra bu əmlakı idarə etmiş və bu mənzil onun istifadəsində olmuşdur. Əmlakı vərəsə olaraq idarə və istifadə edərək sahiblənmişdir və bununla da miras əmlakı yalnız o qəbul etmişdir. O, Qazax rayon Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Cavabdehlə aralarında mübahisə olduğu üçün Qazax rayon Notariat Ofisi iş üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün vərəsələr mirası qəbul etmədikləri barədə notarial qaydada ərizə vermişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Lakin, məhkəməyə notarial qaydada ərizə göndərərək, iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 16 iyun 2023-cü il tarixli, 192 saylı məktubdan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi üçün mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışdan görünür ki, X10 atası X13, anası X8 olmaqla xx.xx.1952ci il tarixdə Ağstafa rayonu, Qaçaq Kərəm kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Rafik oğlu atası X10, anası X6 olmaqla xx.xx.1985-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 48,3 kv.m mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü ildən ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 24 yanvar 2003-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 şəhəri, Bakı küçəsi ev 135 ünvanda yerləşən şəxsi yaşayış evini İddiaçı Rafik oğluna vəsiyyət etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 iyun 2013-cü il tarixdə ölmüşdür. X11 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etməmişdir. Gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcək. X9 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etməmişdir. Gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcək. X12 xx.xx.2022-ci ildə notariat kontoruna müraciət edərək, mərhum anası X4 qalmış mirası qəbul etməmişdir, vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Rafik oğluna verilməsinə etiraz etmir. Mirasın qəbul edilməsi üçün müddətrin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməyəcək. X7 xx.xx.2022-ci ildə notariat kontoruna müraciət edərək, mərhum anası X4 qalmış mirası qəbul etməmişdir, vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Rafik oğluna verilməsinə etiraz etmir. Mirasın qəbul edilməsi üçün müddətrin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməyəcək. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X8 xx.xx.2013-cü il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi Qazax şəhəri, Bakı küçəsi ev 135, 2 saylı mənzil qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış nəvəsi İddiaçı Rafik oğlu həmin yaşayış evinə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin ifadəsi, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri (oğlu və qızları) miras əmlakı faktiki qəbul etməmiş, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X1 onunla yaşamış İddiaçı, Raya Hacıyeva öldükdən sonra da əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan Raya Hacıyeva öldükdən sonra onun vəsiyyətnamə üzrə vərəsəsi olan nəvəsi – İddiaçı Raya Hacıyevadan miras qalmış Qazax şəhəri, Bakı küçəsi ev 135, 2 saylı mənzili tam hissədə mirası əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktı və miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 04 may 2023-cü il tarixli, **********76-05101-093002 reyestr nömrəsi və ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X4 miras qalmış ünvan 2-də yerləşən, ümumi sahəsi 48,3 kv.m olan mənzilin İddiaçı Rafik oğlu tərəfindən miras əmlak kimi qəbul etməsi faktı və həmin əmlakda onun tam hissədə miras payı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1035/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1035/2023
03.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver