Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1039/2025 08.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 08 iyul 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə X10, X6, X6, X8 və X4 ümumi birgə mülkiyyətinə Qazax rayonu Kosalar kəndi ərazisində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-321F, KOD 50100068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 3-cü bənddə X5 aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə Qazax rayonu Kosalar kəndində ümumi sahəsi 0,25 ha həyətyanı torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Həmin torpaq sahəsinə dair verilmiş JN-321F, KOD 50100068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə bacısı X2 adı iki dəfə qeyd edilmişdir. Şəhadətnamədə onun adının əvəzinə ikinci dəfə də bacısının adı qeyd olunmuşdur, yəni “X7” əvəzinə yanlış olaraq “X6” kimi qeyd edilmişdir. Torpaq islahatı zamanı X3 adına başqa torpaq sahəsi ayrılmamışdır. O, nikaha daxil olduqdan sonra ərinin “Qasımova” soyadını götürmüşdür. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə doğulmuş X3 atası X11, anası X9r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və X7 xx.xx.2000-ci ildə 179 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Səhrab qızı xx.xx.1982-ci ildə doğulmuşdur. JN-321F, KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Kosalar kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X10, X6, X6, X8 və X4 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli 5-58-18-12-21/2-272/2025 saylı arayışından görünür ki, JN-321F, KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 2-ci və 3-cü bəndində təkrar yazılan X6 adında Kosalar kəndində başqa şəxs yaşamır. Ərizəçi adı səhvən X1 yazılmışdır. Torpaq islahatı zamanı X3 adına başqa torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu Kosalar kəndində yerləşən 0,2499 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN– 321F nömrəli Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı “Ərizəçi” kimi göstərilsə də, JN–321F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən “X6” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X6” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – doğum və nikah haqqında şəhadətnamələrin surəti, JN–321F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən özünə aid sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–321F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 3-cü bəndində “X6”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə Qazax rayonu Kosalar kəndi ərazisində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-321F, KOD 50100068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Qazax rayonu Kosalar kəndi ərazisində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-321F, KOD 50100068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 3-cü bəndində “X6”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1039/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1039/2025
08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver