Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1046/2023 08.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçı QİZİNİN cavabdehlər Cavabdeh1 QİZİ, Cavabdeh2 QİZİ və üçüncü şəxs QAZAX RAYON NOTARİAT OFİSİNƏ qarşı miras qəbulu faktının müəyyən olunması və miras əmlaka vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QİZİNİN cavabdehlər Cavabdeh1 QİZİ, Cavabdeh2 QİZİ və üçüncü şəxs QAZAX RAYON NOTARİAT OFİSİNƏ qarşı miras qəbulu faktının müəyyən olunması və miras əmlaka vərəsəliyin müəyyən edilməsi tələbinə dair ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı QİZİ ərizə ilə məhkəməyə cavabdehlər Cavabdeh1 QİZİ, Cavabdeh2 QİZİ və üçüncü şəxs QAZAX RAYON NOTARİAT OFİSİNƏ qarşı miras qəbulu faktının müəyyən olunması və miras əmlaka vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq İddiaçı QİZİNİN ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyindən həmin mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QİZİNİN ərizəsi təmin edilsin. İddiaçı QİZİNİN cavabdehlər Cavabdeh1 QİZİ, Cavabdeh2 QİZİ və üçüncü şəxs QAZAX RAYON NOTARİAT OFİSİNƏ qarşı miras qəbulu faktının müəyyən olunması və miras əmlaka vərəsəliyin müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və ərizəsi ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1046/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1046/2023
08.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver