Məhkəmə qərarları › İş №2(023)-105/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-105/2024

24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-105/2024 24.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qocayev Rövşən Aktif oğlunun vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 24 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilməsinə dair JN-525A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X2”na aid hissədə Ərizəçi1, “X5”na aid hissədə Ərizəçi2, “Ərizəçi3 Aktiv oğlu”na aid hissədə Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu Çaylı kəndində ümumi sahəsi 0,06 ha həyətyanı torpaq sahəsi onların və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair JN-525A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onların adı Ərizəçi1 əvəzinə yanlış olaraq “X2” kimi, Ərizəçi2 əvəzinə yanlış olaraq “X5” kimi, Ərizəçi3 əvəzinə yanlış olaraq “Ərizəçi3 Aktiv oğlu” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onların adı Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair çıxarış alınması üçün onun hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 vəkili Vəkil ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçilərin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci ildə doğulmuşdur. AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1980-ci ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci ildə doğulmuşdur. JN-525A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi X6, X2, X5 və Ərizəçi3 Aktiv oğlunun mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli 11-21/981 saylı arayışından görünür ki, JN-525A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Çaylı kənd sakinləri Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 adı səhvən X2, X5 və Ərizəçi3 Aktiv oğlu kimi yazılmışdır. Çaylı kəndində adları qeyd olunan vətəndaşlardan başqa bu adda heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-525A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3” kimi göstərilsə də, JN-525A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən “X2, X5 və Ərizəçi3 Aktiv oğlu” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X2, X5 və Ərizəçi3 Aktiv oğlu” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-525A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair çıxarışın alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-525A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X2, X5 və Ərizəçi3 Aktiv oğlu”na aid hissədə “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-525A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X1, X4 və Ərizəçi3 Aktiv oğlu”na aid hissədə “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar