Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1051/2024 07.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 24 iyun 2006-ci il təvəllüdlü Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, oğlu X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, bildirdi ki, oğlu X9 doğulduğu vaxtdan kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Onun bununla bağlı azyaşlı vaxtlarından 1 qrup əlil kimi pensiya alır və diaqnozu kvadroplegik spatik serebral iflic, spastik tetraparezdir. 2 şəxsin qulluğuna daimi ehtiyacı olması. Orqanizminin funksiyalarının pozulması 100 faiz müəyyənb edilmişdir. Bu xəstəliyi ilə əlaqədar daima həkim nəzarətində olmalıdır. O X5 neçə illərdir ambulator müalicə etdirməyə çalışsada nəticə olmamışdır.Mütamadi müalicə etdirmiş ancaq onun xəstəliyinin müalicəsi olmadığı və yalnız sakitləşdiricilərin köməyi olacağını bildirmişlər. O bu xəstəlik səbəbindən fəaliyyət qabiliyyətini itirmişdir. X9 öz hərəkətlərini idarə edə bilmir və daimi olaraq qulluğa və yardımaehtiyacı vardır.Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 Hüseyn Habil oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X9 xx.xx.2006-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Həmin uşağın atası X10, anası isə Ərizəçidır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, 24 iyun 2006-ci il təvəllüdlü X1 spasik serebral iflic.Spastik tetraparezdən əziyyət çəkir. Birinci dərəcəli əlilldir.Əmək qabiliyyətsizdir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 608 nömrəli rəyindən görünür ki, 24 iyun 2006-ci il təvəllüdlü X9 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. 24 iyun 2006-ci il tarixdə anadan olmuş X9 öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X9 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. 24 iyun 2006-ci il tarixdə anadan olmuş X9 öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 24 iyun 2006-ci il tarixdə Qazax şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 24 iyun 2006-ci il tarixdə Qazax şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 24 iyun 2006-cı il tarixdə Qazax şəhərində anadan olmuş X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1051/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1051/2024
07.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver