Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1069/2025 10.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə müraciət edərək, Qazax rayon Aqrar islahatı Komisiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-231 KOD 50110018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının "Novruzova Telli" yə aid hissədə "X15”na, "Novruzova Medalyon" yə aid hissədə "X6"na və "X12"na aid hissədə "Ərizəçi3"na məxsus olması faktı müəyyən edilməsi barədə edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni onunla əsaslandırılmışdır ki, X11 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-231 KOD 50110018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onlara Qazax rayonun Orta Salahlı kəndində 2.79 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin dövlət aktında onların ata adı qeyd olunmamışdır. Onlar bütün sənədlərdə ata adları qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında olan səhvliyə görə müəyyən sənədləşmə işlərini apara bilmir. X16 10 oktyabr 2000-ci ildə vəfat etmişdir. Qazax rayon İcra hakimiyyətinin başçısının Orta Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında da qeyd olunduğu kimi ata adı səhvən qeyd edilməmişdir.Həmin torpağın ülkiyyətə verilməsinə dair şəhadətnamədə olan səhvlik onların müəyyən sənədləşməni aparmağımda çətinlik yaradır. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, gösrtərmişlər ki, X15 10 oktyabr 2000-ci ildə vəfat etmişdir. Qazax rayon X11 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-231 KOD 50110018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının "Novruzova Telli" yə aid hissədə "X15"na, "Novruzova Medalyon" yə aid hissədə "Ərizəçi1"na və "X12" na aid hissədə "Ərizəçi3"na və "Ərizəçi2"yə və "Ərizəçi2" na məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi3 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir, ona görə də, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü il tarixdə anadan olmuş, ata qrafasında X17, ana qrafasında isə X5 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1946-cı il tarixdə anadan olmuş, ata qrafasında X17, ana qrafasında isə X5 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1980-cü il tarixdə anadan olmuş, ata qrafasında X13, ana qrafasında isə Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 2.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-231 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-231 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının və soyadları şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayonu Orta Salahlı kənd nümayəndəliyinin arayışından görünür ki, JN-231 nömrəli (KOD ********) mülkiyyət hüququna dair Dövlət aktında Orta Salahlı kənd sakinləri X10, Ərizəçi1, X1, Ərizəçi3 ğlunun soyadı, adı, atasının adı düzgün qeyd edilməmişdir. X18,Novruzova Medalyon, Ərizəçi2, X4 qeyd edilmişdir. Həqiqətəndə vətəndaşın soyadı, adı, atasının adı X15, Ərizəçi1, X3, Ərizəçi3dur. İş materiallarında olan JN-231 KOD 50110018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Orta Salahlı kəndində yerləşən 2.79 ha torpaq sahəsi X9, Novruzova Telli, Novruzova Medalyon, Ərizəçi2 Ərizəçi3 mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan Ərizəçi2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 ata adı “Nəsrəddin” soyadı isə Novruzova kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində “X15, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3” kimi göstərilsə də, JN-231 KOD 50110018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən “Novruzova Telli, Novruzova Medalyon, Ərizəçi2 və X12” kimi göstərilmişdir. Dövlət aktında səhvən göstərilən “Novruzova Telli, Novruzova Medalyon, Ərizəçi2 və X12” ilə təqdim olunan sənədlərdə göstərilən X15, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-231 KOD 50110018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının, şəxsiyyət vəsiqələrinin surəti, və nikah şəhadətnaməsində ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-231 KOD 50110018 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktında “Novruzova Telli”yə aid hissədə “X15”na, “Novruzova Medalyon”a aid hissədə “Ərizəçi1”na, “Ərizəçi2”yə aid hissədə “Ərizəçi2”na və “X12”na aid hissədə isə “Ərizəçi3”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-231 KOD 50110018 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktında “Novruzova Telli”yə aid hissədə “X15”na, “Novruzova Medalyon”a aid hissədə “Ərizəçi1”na, “Ərizəçi2”yə aid hissədə “Ərizəçi2”na və “X12”na aid hissədə isə “Ərizəçi3”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1069/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1069/2025
10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver