Məhkəmə qərarları › İş №2(023)-1081/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1081/2025

04.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1081/2025 04.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh Yusı̇ fov Elfan Şükür oğlunun iştirakları ilə, İddiaçı Yusı̇ fova Xanım Şükür qızının cavabdehlər Yusı̇ fov Elfan Şükür oğluna, Yusı̇ fov Ası̇ f Şükür oğluna, Əlı̇ yeva (Yusifova) Nüşabə Şükür qızına qarşı miras əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusı̇ fova Xanım Şükür qızı cavabdehlər Yusı̇ fov Elfan Şükür oğluna, Yusı̇ fov Ası̇ f Şükür oğluna, Əlı̇ yeva (Yusifova) Nüşabə Şükür qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, Ürkməzli kəndində yerləşən Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli Qərarları ilə verilmiş 3 ədəd “torpağın mülkiyyətə veriməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Ürkmzəli kəndindən 0.13 hektar ( JN 281A, 03 hektar torpaq sahələrinin (JN 281B), torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.12 hektar ( JN 281F) həyətyanı torpaq sahələrinin və onun də mülkiyyətçi olduğu 1.08 hektar əkin torpaq sahəsindən mərhum atası və anasının payına düşən hissəsindən onun vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yusı̇ fova Xanım Şükür qızı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X20 xx.xx.2008-ci ildə ölmüşdür. Mərhum X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Onlar 30 iyun 1957-ci ildə Qazax rayonu Dəmirçilər İƏD-də 07 saylı nikah akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Onlar vəfat edənə kimi Qazax rayonu Ürkməzli kəndində yerləşən Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş 3 ədəd “rorpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Qazax rayonu Ürkmzəli kəndindən 0.13 hektar (JN 281A, 0.03 hektar JN 281B), torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında 0.12 hektar( JN 281F) həyətyanı torpaq sahələri və onun da mülkiyyətçi olduğu 1.08 hektar əkin torpaq sahəsindən onların payın düşən hissəsi mülkiyyətlərinə verilmişdir. O mirası qəbul etmiş və atası və anası ilə birlikdə Qazax rayonu, Ürkməzli kəndində yerləşən 1.08 hektar əkin torpaq sahəsi hər üçünun mülkiyyətinə verilmişdir və onun adına müvafiq sənədləşdirilmişdir. Torpaq sahələrindən başqa, mərhum atası və anasının tikdirdiyi fərdi yaşayış evi də miras əmlak kimi qalsa da, həmin ev üzərində adına hüquq müəyyənedici rəsmiləşdirilmə işləri aparılmamışdır. Onun mirası qəbul etməyi həm həmin dövlət aktı ilə, həm də yazılmış subsidiyalarla tam təsdiq olunur. Hesab edir ki, mərhum atası və anasından miras qalmış əmlaka onun miras payı müəyyən edilməli və verilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Əlı̇ yeva (Yusifova) Nüşabə Şükür qızı bildirmişdir ki, atası X20 xx.xx.2008-ci ildə, X2 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Atasının vəfatından sonra atasından qalmış evdə qardaşı Yusı̇ fov Elfan Şükür oğlu ailə üzvləri ilə yaşamışdır və mirası o qəbul etmişdir. X2 isə 2020-ci ildə vəfat edəndən qısa müddət sonra bacısı Yusı̇ fova Xanım Şükür qızı qardaşı Elfanla birlikdə həmin ata evində yaşamışlar. Yusı̇ fova Xanım Şükür qızına torpaqlara görə pulun verilib verilməməsi barədə heç bir məlumatı yoxdur. Valideyinlərindən qalmış miras qardaşı Yusı̇ fov Elfan Şükür oğlu qəbul etdiyindən onun payı müəyyən olunmalıdır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Yusı̇ fov Ası̇ f Şükür oğlu bildirmişdir ki, atası X20 xx.xx.2008-ci ildə, X2 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Atasının vəfatından sonra atasından qalmış evdə qardaşı Yusı̇ fov Elfan Şükür oğlu ailə üzvləri ilə yaşamışdır. Bacısı Yusı̇ fova Xanım Şükür qızı X2nın vəfatından təxminən 2 ay sonra ata evinə köçərək qardaşı Elfanla birlikdə yaşamağa başlamış və təxminən 4 il həmin evdə yaşamışdır. Valideyinlərindən qalmış mirasa qardaşı Yusı̇ fov Elfan Şükür oğlunun payının müəyyən olunmasını istəyir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yusı̇ fova Kəklik Şükür qızı bildirmişdir ki, onun atası X20 xx.xx.2008-ci ildə vəfat edən zaman atasının evində qardaşı Yusı̇ fov Elfan Şükür oğlu yaşamışdır. Özü və digər qardaş, bacıları ailə qurub öz evlərində ailələri ilə birlikdə yaşamışlar. Bacısı Yusı̇ fova Xanım Şükür qızı əri ilə boşandığlı üçün kirayədə yaşamışdır. 1997-ci ildə Aqrar islahat kommisiyası tərəfindən onlara torpaq sahələri verilmiş və orda Yusı̇ fova Xanım Şükür qızının payı vardır. Yusı̇ fova Xanım Şükür qızı anasının vəfatından sonra tarixi tam yadında deyil, amma qısa bir müddətdən sonra valideyinlərindən qalmış Ürkməzli kəndində olan ata evində qardaşı Elfanla birlikdə uzun müddət yaşamışdır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçı Yusı̇ fova Xanım Şükür qızı iddia tələbini müdafiə edərək bildirdi ki, o 1993-cü il tarixdə evlənib ailə həyatı qurmuşdur. Sonradan ailəsində problem olduğndan əri ilə boşanmışdır. Boşanan sonra əri ilə bir evdə yaşamiş, sonradan 2016-cı il tarixdən 2020-ci ilin iyun iyul aylarına kimi kirayədə yaşamışdır. Anasının sağlığında yəni 2020-ci ilin avqust ayından valideyinlərinə məxsus Ürkməzli kəndində yerləşən evə köçmüşdür. Anası 2020-ci ilin sentyabr ayında vəfat etmişdir. O anasının vəfatından sonra 2024-cü ilin avqust ayına kimi həmin evdə yaşamışdır. Eyni zamanda Aqrar islahat komisiyası tərəfindən torpaq verilən zaman onun adıda qeyd edilmişdir. O valideyinlərinə məxsus evdə qonaq kimi yox atasının evi kimi yaşayırdı. Onun bacılarından Səyalı 2019-cu il tarixdə vəfat etmiş və onun üç övladı var, həmçinin Kifayət adlı baçısı isə doğulanan bir neçə aydan sonra vəfat etmişdir.Mərhum bacısı Səyalın uşaqlardan biri xaricdə yaşayır, biri həbsdədi biri isə Qazax rayonunda yaşayır. Valideyinlərinin vəfatından sonra valideyinlərindən qalan mirası o və qardaşı Elfan sahiblik edərək idarə etmişdir. Lakin sonradan qardaşı Elfanın ailə üzvləri ilə onun arasında mübahisə olduuğndan onu evdən çıxartmışlar. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Yusı̇ fov Elfan Şükür oğlu bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, valideyinlərindən qalan miras əmlakı o idarə etmişdir. Valideyinlərinin vəfatı ilə bağlı bütün yas mərasimlərini o qarşılamışdır. Valideyinlərinin sağlıqlarında onlara baxıb qulluq etmişdir. İddiaçı Yusı̇ fova Xanım Şükür qızı anasının vəfatında təxminən bir iki ay sonra bacısı İddiaçı Ürkməzli kəndində yerləşən ata evinə köçərək onunla birlikdə yaşamışdır. Həmin evdə təxminən 2024-cü il tarixə kimi yaşamışdır. İddiaçı Yusı̇ fova Xanım Şükür qızı onun arvadı ilə mübahisə etdiyindən məhkəməyə müraciət etmişdir. Valideynlərindən miras qalmış evi 2022-ci il tarixdə söküb yenidən inşa etdirmişlər. Eyni zamanda bacısı Yusı̇ fova Xanım Şükür qızına torpaq sahələrindən düşən payına uyğun pul vermişdir. Hazırki iddianı qəbul etmir və əsassız olduğundan rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X12, X13 və X7 Yusı̇ fova Kəklik Şükür qızına, cavabdehlər Yusı̇ fov Ası̇ f Şükür oğluna, Əlı̇ yeva (Yusifova) Nüşabə Şükür qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışından görünür ki, X20 ilə Yusifova (Əliyeva) Narın Hüseynqulu qızı xx.xx.1957-cı il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yusı̇ fova Xanım Şükür qızı 15.06.196-cı il tarixdə anadan olmuş, ata qrafasında X20, ana qrafasında isə X3 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında arayışının surətindən görünür ki, X20 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışının surətindən görünür ki, X6 xx.xx.2020-cı il tarixdə ölmüşdür. İş materiallarında olan JN-281B, Kod 50107028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Ürkməzli kəndində yerləşən 0.03 ha torpaq sahəsi X14 və X5 mülkiyyətindədir. İş materiallarında olan JN-281A, Kod 50107028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Ürkməzli kəndində yerləşən 0.13 ha torpaq sahəsi X14 və X5 mülkiyyətindədir. İş materiallarında olan JN-281F, Kod 50107028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Ürkməzli kəndində yerləşən 0.12 ha torpaq sahəsi X14 və X5 mülkiyyətindədir. İş materiallarında olan JN-151, Kod 50107018 saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Dəmirçilər kəndində yerləşən 1.08 ha torpaq sahəsi X5, Yusı̇ fova Xanım Şükür qızının mülkiyyətindədir. İş materiallarında olan Qazax rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 465 saylı məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X11 və xx.xx.2020-cı il tarixdə vəfat etmiş X4 miras qalmış miras əmlakın bölüşdürülməsində mübahisə olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinə məxsus Qazax rayonu Aqrar İslənail Komissiyasının 12 iyun 1997-ci il tarixil 08 nömrəli qərarı ilə 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JM 151 nömrəli dövlət aktı tərtib edilmişdir. İş materiallarında olan Qazax rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, məktubundan görünür ki, X5 ailə üzvləri əri-X20, övladları Yusı̇ fov Ası̇ f Şükür oğlu, X15, Yusı̇ fova Xanım Şükür qızı, Yusı̇ fova Kəklik Şükür qızı, Yusı̇ fova Kifayət Şükür qızı (vəfat edib) və Yusı̇ fov Elfan Şükür oğludur. İş materiallarında olan Qazax rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, məktubundan görünür ki, Yusı̇ fova Səyalı Şükür qızının ailə üzvləri əri-X10, övladları X18, X19 və X8r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Qazax rayonu Ürkməzli kənd sakinləri Məmmədov Rasim, Allahverdiyev Umud, Şamoyev Məhəmməd akt tərtib edərək göstərmişlər həmkəndliləri Yusı̇ fov Elfan Şükür oğlu atasından qalma Qazax rayonu Ürkməzli kəndində yerləşən yaşayış evini 2022-ci il tarixdə sökərək yeni ev tikdirmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, X20 ilə X6 30 iyun 1957-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahlarından Yusı̇ fov Ası̇ f Şükür oğlu, X15, Yusı̇ fova Xanım Şükür qızı, Yusı̇ fova Kifayət Şükür qızı, Yusı̇ fova Kəklik Şükür qızı, Yusı̇ fova Səyalı Şükür qızı və Yusı̇ fov Elfan Şükür oğlu adlı övladaları anadan olmuşdur. X20 xx.xx.2008-ci ildə, X6 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. Onlar vəfat günə onlardan fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras kimi qalmışdır. X14 və X5 vəfatından sonra mirasını övladlarından Yusı̇ fov Elfan Şükür oğlu və Yusı̇ fova Xanım Şükür qızı qəbul etmişdir. Belə ki, X14 vəfatından sonra mirasını yalnız Yusı̇ fov Elfan Şükür oğlu onun evində yaşamış və mirası faktiki olaraq o idarə etmişdir. X6 08.009.2020ci ildə vəfat etmiş və onun vəfatından sonra Yusı̇ fova Xanım Şükür qızı ata və anasından miras qalmış Ürkəmzli kəndində yerləşən fərdi yaşayış evində təxminən 4 il yaşamaqla mirasa sahiblənməklə faktiki olaraq idarə etmişdir. Lakin miras qoyanın digər övladları Yusı̇ fov Ası̇ f Şükür oğlu, Əlı̇ yeva (Yusifova) Nüşabə Şükür qızı, Yusı̇ fova Kəklik Şükür qızı, mərhum Yusı̇ fova Səyalı Şükür qızı və Yusı̇ fova Kifayət Şükür qızı miras əmlaka sahiblik etməmişlər, onu nə faktiki, nədə qanunla müəyyən olunmuş qaydada idarə etməyərək miras əmlakı qəbul etdiklərini nümayiş etdirməmişlər. Belə ki, həmin şəxslər mirasın qəbulu üçün nəzərdə tutulan müddət ərzində belə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə ilə müraciət etməmişlər. X1 vəfatından sonra miras əmlaka sahiblik etməklə idarə etmiş şəxs yalnız Yusı̇ fov Elfan Şükür oğlu, digər miras qoyan X5 vəfatından sonra isə miras əmlakı Cavabdeh1la birlikdə bacısı Yusı̇ fova Xanım Şükür qızı həmin evdə yaşayıb sahiblik etməklə faktiki qəbul etmişlər və ona görədə qeyd olunan mirasdan vərəsə kimi onların payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, X11 və X4 qalmış mirası fakitiki olaraq Yusı̇ fov Elfan Şükür oğlu, X4 qalan miras əmlakı isə Yusı̇ fova Xanım Şükür qızı əmlakı qəbul etmişdirlər. Buna görə də miras əmlak Yusı̇ fova Xanım Şükür qızının və Yusı̇ fov Elfan Şükür oğlunun payları müəyyən edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, X11 və X4 qalmış mirası əmlaka mərhum digər övladları Yusı̇ fova Kifayət Şükür qızının, Yusı̇ fova Səyalı Şükür qızının və onun vərəsələri miras əmlakı nə faktiki nə də qanuna müvafiq qaydada qəbul etməmişlər. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Yusı̇ fova Kifayət Şükür qızı az yaşlı olan zaman vəfat etmiş, Yusı̇ fova Səyalı Şükür qızı isə ailə qurub öz ailəsi ilə birlikdə yaşamışdır. Qeyd olunanlara əsasən onların miras əmlakdan payları müəyyən edilməməlidir. Bundan başqa cavabdeh Yusı̇ fov Elfan Şükür oğlu bacısı İddiaçı valideynlərindən qalmış torpaq sahələrindən onun payına düşən hissəsinə dair pul verməsini qeyd etsədə buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Ona görədə Cavabdeh1 bu xüsusda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281B KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,03 hektar torpaq sahəsinin; Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281A KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,13 hektar torpaq sahəsinin; Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281F KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,12 hektar torpaq sahəsinin X9 məxsus ¾ hissəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə Cavabdeh1 miras payı müəyyən edilməli, Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281B KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,03 hektar torpaq sahəsinin; Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281A KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,13 hektar torpaq sahəsinin; Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281F KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,12 hektar torpaq sahəsinin X16 məxsus ¼ hissəsinə Cavabdeh1 miras payı müəyyən edilməli, Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN151 KOD-lu, 50107018 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Dəmirçilər kəndində yerləşən 1.08 hektar torpaq sahəsinin X9 məxsus ½ hissəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə Cavabdeh1 miras payı müəyyən edilməkli, Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN151 KOD-lu, 50107018 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Dəmirçilər kəndində yerləşən 1.08 hektar torpaq sahəsinin X16 məxsus 1/3 hissəsinin ½ hissəsinə Cavabdeh1 miras payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281B KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,03 hektar torpaq sahəsinin; Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281A KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,13 hektar torpaq sahəsinin; Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281F KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,12 hektar torpaq sahəsinin X9 məxsus ¾ hissəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə Cavabdeh1 miras payı müəyyən edilsin. Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281B KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,03 hektar torpaq sahəsinin; Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281A KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,13 hektar torpaq sahəsinin; Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN281F KOD-lu, 50107028 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Ürkməzli kəndində yerləşən 0,12 hektar torpaq sahəsinin X16 məxsus ¼ hissəsinə Cavabdeh1 miras payı müəyyən edilsin. Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN151 KOD-lu, 50107018 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Dəmirçilər kəndində yerləşən 1.08 hektar torpaq sahəsinin X9 məxsus ½ hissəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə Cavabdeh1 miras payı müəyyən edilsin. Qazax Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüququ JN151 KOD-lu, 50107018 nömrəli aktla təsdiq edilmiş ümumpaylı mülkiyyətdə olan Qazax rayonunun Dəmirçilər kəndində yerləşən 1.08 hektar torpaq sahəsinin X16 məxsus 1/3 hissəsinin ½ hissəsinə Cavabdeh1 miras payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar