Məhkəmə qərarları › İş №2(023)-1089/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1089/2023

04.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1089/2023 04.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı və nümayəndəsi, Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vərəsəliyin müəyyən edilməklə mirasdan payların bölünməsi tələbinə dair mülki işə 04 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-886 KOD 50102018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Ağköynək kəndində 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-095A KOD 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Ağköynək kəndində 0,08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə onun və ½ hissəsinə Cavabdeh miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışlar ki, 28 fevral 2006-cı ildə vəfat etmiş mərhum nənəsi X4 Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-886 KOD 50102018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Ağköynək kəndində 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-095A KOD 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Ağköynək kəndində 0,08 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Nənəsinin sağlığında və eləcə də onun vəfatından sonra ona məxsus əmlakı atası X5, əmisi Cavabdeh və o idarə etmişlər və həmin əmlaklar onların istifadəsində olmuşdur. Əmlakı varis olaraq onlar idarə və istifadə edərək sahiblənmişlər, bununla da miras əmlakı qəbul etmişlər. 01 avqust 2010-cu il tarixdə atası X5 vəfat etdiyi üçün onun payı hissəsində mirası o qəbul etmişdir. Cavabdeh isə mirasın bölünməsinə könüllü olaraq razılıq vermir. O, Qazax rayon Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Cavabdehlə aralarında mübahisə olduğu üçün Qazax rayon Notariat Ofisi iş üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və mərhum anası X4 miras qalmış Qazax rayonu Ağköynək kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0,08 ha həyətyanı torpaq sahəsinin iddiaçı ilə onun arasında ½ hissədə bölünməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 13 iyul 2023-cü il tarixli, 273 saylı məktubdan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakın bölüşdürülməsinə dair vərəslər arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1974-cü ildə Qazax rayonu Ağköynək kəndində anadan olmuş İddiaçı atası X5, anası X2r. 11 iyul 2023-cü il tarixli Arxiv arayışından görünür ki, Qazax qeydiyyat şöbəsinin 1943-1947-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 13 saylı doğuma akt qeydində X5, doğum tarixi xx.xx.1945, atası İddiaçı Hacırəhim oğlu, anası X10 qeyd edilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X5 01 avqust 2010-cu ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X10 28 fevral 2006-cı ildə ölmüşdür. Qazax RİHB-nın Ağköynək kənd İƏD-i üzrə nümayəndəsinin xx.xx.2023-cü il ratixli 5-58-2-12-21/2-451/2023 saylı arayışdan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X10 vəfat edən günə kimi Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmuş və yaşamışdır. Ölən günə kimi onunla birlikdə yaşayan, yaşamaqda davam edən, qeydiyyatda olan, lakin başqa ünvanda yaşayan ailə üzvləri vardır- oğlu Cavabdeh, X5 (mərhum). Həmin evdə qeydiyyatda olmayıb başqa ünvanda yaşayan övladları – qızı X3, X6 (mərhum) və oğlu oğlu X7 (mərhum). JN–886 KOD 50102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Qiyasbəyli kəndində 0,22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. JN–095A 50102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Ağköynək kəndində 0,08 hektar həyətyanı torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X10 xx.xx.2006-cı il tarixdə ölmüş və onun ölümündən sonra JN–886 KOD 50102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN–095A 50102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,08 hektar həyətyanı torpaq sahəsindən ibarət əmlaklar miras qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. X1 oğlu Cavabdeh, X5 və onun oğlu İddiaçı onunla birlikdə yaşamışlar, öldükdən sonra isə miras əmlaklara faktiki sahiblik etməklə, idarə və istifadə etmişlər, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. X5 01 avqust 2010-cu il tarixdə vəfat etmişdir, onun payı hissəsində mirası oğlu İddiaçı qəbul etmişdir. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaklara sahiblik etməmişlər. Məhkəmə iclasında tərəflərin izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri (oğlu və qızları) miras əmlakı faktiki qəbul etməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınması, payların müəyyən edilərək bölünməsini xahiş etmişdir. Digər vərəsə Cavabdeh məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi ərizədə iddianı qəbul etdiyini, miras əmlakın ½ hissəsinə onun və ½ hissəsinə İddiaçı miras payının müəyyən edilməsinə etirazı olmamasını bildirmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən qanunvericilik normalarını hazırki işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, işin faktiki hallarından görünür ki, X8 birinci növbə vərəsələri oğlanları Cavabdeh və X5 ondan miras qalmış əmlakı faktik qəbul edərək idarə və sahiblik etmişlər, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. X5 01 avqust 2010-cu il tarixdə vəfat etmişdir, onun payı hissəsində mirası oğlu İddiaçı qəbul etmişdir. Onların məcburi pay almaq hüququndan məhrum edilmələri üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Odur ki, iddia təmin edilməli, X4 miras qalmış Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-886 KOD 50102018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Ağköynək kəndində 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-095A KOD 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Ağköynək kəndində 0,08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə İddiaçı və ½ hissəsinə Cavabdeh miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-886 KOD 50102018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Ağköynək kəndində 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-095A KOD 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Ağköynək kəndində 0,08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə İddiaçı və ½ hissəsinə Cavabdeh vərəsəlik hüquqları tanınsın. Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-886 KOD 50102018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Ağköynək kəndində 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qazax rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-095A KOD 50102018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Ağköynək kəndində 0,08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə İddiaçı və ½ hissəsinə Cavabdeh payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar