Məhkəmə qərarları › İş №2(023)-1095/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1095/2024

15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1095/2024 15.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 15 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş JN–960A nömrəli KOD 50100088 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə JN– 960A nömrəli KOD 50100088 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qazax rayonu Qazaxbəyli kəndində 0.25 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin Şəhadətnamədə anasının adı “X13” əvəzinə yanlış olaraq “X10” kimi səhv qeyd edilmişdir. Halbuki mərhum anasının bütün sənədlərində adı X5 qeyd olunmuşdur. X4 xx.xx.2004-cü ildə vəfat etmişdir. Qeyd olunan Şəhadətnamədə olan səhvliyə görə o torpaq sahəsinə dair sənədləşmə işlərini apara bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə doğulmuşdur. Ölüm haqqında şəhadtnamədən görünür ki, X13 xx.xx.2004-cü ildə ölmüşdür. İş materiallarında olan JN–960A nömrəli KOD 50100088 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu İİ Şıxlı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X10, Ərizəçi, X14 və X11 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli 5-58-16-12-21/2-290/2024 saylı arayışından görünür ki, JN–960A nömrəli X2 adı səhvən X3 yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN- 960A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anasına məxsus sənədlərdə adı “X13” kimi göstərilsə də, JN–960A nömrəli KOD 50100088 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X10” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X10” ilə ölüm şəhadətnaməsində və digər sənədlərdə göstərilən “X13”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–960A nömrəli KOD 50100088 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və ölüm haqqında arayış ərizəçi tərəfindən mərhuma aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş JN–960A nömrəli KOD 50100088 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X10”na aid hissədə “X13”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş JN–960A nömrəli KOD 50100088 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar