Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1099/2025 23.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 avqust 1989-cu il təvəllüdlü Qazax rayonu Yuxarı Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, qızı X4 qızı anadan gəlmə uşaq serebral iflici, dərin spastik tetraplegiya. Yeriş, yuxarı ətrafların hərəkət funksiyasının mümkün olmaması. Nəcis və sidiyin qeyri-iradi olması və inkişaf etmiş ağıl zəifliyi xəstəliyindən əziyyət çəkir. O, bununla bağla azyaşlı vaxtlarından 1 qrup əlil kimi pensiya alır və əmək qabiliyyətsizdir. Orqanizimin funksiyalarının pozulması 100% müəyyən edilmişdir. Bu xəstəliyi ilə əlaqədar daima həkim nəzarətində olmalıdır. Bu xəstəliklərlə bağlı rəsmi sənədləri ərizəyə əlavə etmişdir. Bu xəstəlikdə onun digər xəstəliyinin ağırlaşmasına təkan verir. O onu neçə illərdir ambulator müalicə etdirməyə çalışsada nəticəsi olmur. Bu qeyd etdiyi hallar onun müayinəsi ilə bağlı sənədlərdə də təsdiqini tapmışdır. Mütəmadi müalicə etdirmiş ancaq onun xəstəliyinin müalicəsi olmadığı və yalnız sakitləşdiricilərin köməyi olacağını bildirirlər. O bu xəstəlik səbəbindən fəaliyyət qabiliyyətini itirmişdir. Buna görə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bu onun hüquqlarının realizəsi üçün vacibdir. Hürü Omarova öz hərəkətlərini idarə edə bilmir və daimi olaraq qulluğa və yardıma ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, 23 avqust 1989cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında Ərizəçi, ana qarfasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X2 diaqnozu uşaq serebral iflic, dərin spastik tetraplegiya, yuxarı ətrafların hərəkət funksiyasının mümkün olmaması. Nəcis və sidiyin qeyri –iradi olması.İnkişafı etmiş ağıl zəifliyi.(DSMF məlumatlarına əsasən) İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025ci il tarixli 542 nömrəli rəyindən görünür ki, X4 dərin əqli gərilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları xəstəliyikeçirməsi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X4 dərin əqli gərilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları xəstəliyikeçirməsi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1989-cu il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.1989-cu il tarixdə anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1099/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1099/2025
23.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver