Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1101/2024 30.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 30 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997ci il tarixli, 04 saylı qərarına əsasən JN-1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının “X4”na aid hissədə “X10”na məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarına əsasən Qazax rayonunun Daş Salahlı kəndi ərazisində ona və ailə üzvlərinə 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.X1 07 noyabr 2011-ci ildə vəfat etmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş JN-1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında arvadı “X10”nın soyadı yanlış olaraq “X4” kimi səhv qeyd edilmişdir. Halbuki onun bütün sənədlərində soyadı X2 göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair müəyyən sənədləşmə işlərinin aparılmasılnda ona çətinlik yaradır. Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, 21 may 1958-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşıdır. Raya Vəliyeva onun qardaşının arvadı olmuşdur. JN- 1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair X15 soyadı İsmayılova kimi göstərilmişdir.Lakin onun soyadı Vəliyeva olmuşdur. Raya ailə qurarkən öz qızlıq soyadında qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, o, 30 avqust 1990-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun atasıdır. Raya Vəliyeva onun anası olmuşdur. JN-1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında anasının soyadı İsmayılova kimi göstərilmişdir.Lakin anasının soyadı Vəliyeva olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası Ərizəçi, anası X7 olmaqla xx.xx.1955-ci il tarixdə doğulmuşdur. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Doğum şəhadətnamənin surətindən görünür ki, Hikmət İsmayılov atası Ərizəçi, anası X10 olmaqla xx.xx.1986-cü ildə doğulmuşdur. Doğum şəhadətnamənin surətindən görünür ki, Yaqut İsmayılova atası Ərizəçi, anası X10 olmaqla xx.xx.1988-ci ildə doğulmuşdur. Doğum şəhadətnamənin surətindən görünür ki, Mikayıl İsmayılov atası Ərizəçi, anası X10 olmaqla xx.xx.1990-ci ildə doğulmuşdur Nikah haqqında arayışdan görünür ki, Ərizəçi, X10 ilə 20 oktyabr 1984-cü il tarixdə nikahlarını bağlamış və bu barədə Qazax Rayon Daş Salahlı kənd İƏD tərəfindən 49 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir.Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada isə Vəliyeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 07 noyabr 2011-ci ildə ölmüşdür. JN-1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 1.71 hektar torpaq sahəsi Ərizəçi, X4, X8, X9 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-1863 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum arvadına məxsus bütün sənədlərdə “X10” kimi göstərilsə də, JN-1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X4” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X4” ilə ölüm şəhadətnaməsində və digər sənədlərdə göstərilən “X10”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, doğum haqqında akt qeydinin surəti, ölüm haqqında şəhadətnamənin surəti, ərizəçi tərəfindən mərhum arvadına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair çıxarış almaq üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarına əsasən Qazax rayonunun Daş Salahlı kəndində yerləşən 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X4”na aid hissədə “X10”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarına əsasən JN-1863 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının “X4”na aid hissədə “X10”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1101/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1101/2024
30.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver