Məhkəmə qərarları › İş №2(023)-1113/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1113/2024

08.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1113/2024 08.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vərəsəliyin müəyyən edilməsi tələbi barədə mülki işə 08 oktyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1ndan miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən 08 may 2024-cu il tarixdə, **********06-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0828 ha həyətyanı torpaq sahəsinə və onun üzərində olan ümümi sahəsi 69.8 kv.m olan fərdi yaşayış evinə onun miras payının tam olaraq müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsindən xx.xx.2024-ci il tarixli, ********** qeydiyyat və **********06-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən arayışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0828 ha həyətyanı torpaq sahəsi və onun üzərində olan umumi sahəsi 69.8 kv.m olan fərdi yaşayı evi X1ndan miras qalmışdır. X1 21 mart 2000-ci il tarixdə vəfat etmişdir. Sağlığında həmin mirası atası X9 qəbul edərək həmin evdə yaşamışdır və mirası qəbul etmişdir. Mərhum atası X9 05 aprel 2005-ci il tarixdə vəfat etdikdən sonra miras əmlak onun sahibliyimdə olmuş və mirası o qəbul edərək idarə etmişdir. Bu gün mübahisə anası-cavabdeh X10 ilədir. O tələb edir ki, həmin evdə ailəsi ilə yaşamışdır və bu günədək onun sahibliyindədir. Buna görədə bu əmlaka onun miras payı müəyyən edilməlidir. Anası isə onun da mirasdan payçı kimi yazılmasını istəyir. Hansı ki, ondan başqa heç bir kəs mirası qəbul etməmişdir. Əmlakı varis olaraq o idarə və istifadə edərək sahiblənmiş və bununla da miras əmlakı yalnız o qəbul etmişdir. Təqdim olunan sənədlərdən də görünür ki, o varis olaraq miras evdə yaşayıb təssərrüfatı idarə etmişdir. O Qazax rayon Notariat Ofisinə müraciət etməklə ərizə vermiş və Qazax Notariat Ofisi 21 may 2024-cü məktubla cavab verərək, cavabdehlə arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də məhkəməyə etmək məcburiyyətində qalmışdır. Cavabdeh, eləcədə bütün ailəyə yaxın olan şəxslər bilir ki, bu mirasa o sahiblik etmişdir və mirası o idarə etmişdir. Buna görə də mirasa tam olaraq onun payı müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, hazırda cavabdehlə razılığa gəldiklərindən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 21 may 2024-cü il tarixli, 516 saylı məktubdan görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin verdiyi xx.xx.2024-cü il tarixli 5-58-15-11/2-125/2024 nömrəli arxiv arayışdan görünür ki, Qazax rayon Qeydiyyat Şöbəsinin 1943-1946-cı illərə aid doğum haqqında qeydiyyat kitabının 68 saylı doğuma akt qeydində X11 doğum tarixi xx.xx.1946 X2, anası X6r. Nikah haqqında arayışdan görünür ki, X9 ilə X5 nikahı 26 may 1980-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 72 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, İddiaçı atası X9, anası Cavabdeh olmaqla xx.xx.1982-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0828 ha torpaq sahəsində ümümi sahəsi 69.8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 08 may 2024-cü ildən ********** qeydiyyat nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ölüm haqqında arayışdan görünür ki, X7 21 mart 2000-ci ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X8 07 iyul 2004-cü ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X9 05 aprel 2005-ci ildə ölmüşdür. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X7 11 oktyabr 1990-cı ildə ölmüş və onun ölümündən sonra miras əmlak kimi ünvan 4 ünvanında yerləşən 0.0828 ha torpaq sahəsində ümümi sahəsi 69.8 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X4 vəfatından sonra ilkin olaraq mirası miras qoyanın birinci növbə vərəsələrindən X9 və X8 qəbul etmişdir. X8 07 iyul 2004-cü ildə, X9 isə 05 aprel 2005-ci ildə ölmüşdür və onların ölümündən sonra isə İddiaçı miras əmlaka faktiki sahiblik etməklə, idarə və istifadə etmişdir, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bundan sonra mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər, miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaklara sahiblik etməmişlər. Məhkəmə iclasında iddiaçının izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınması və miras əmlakdan tam payının müəyyən edilməsini xahiş etmişdir. Digər vərəsə Cavabdeh məhkəmə iclasında miras əmlakı faktiki qəbul etmədiyini bildirmiş, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X4 vəfatından sonra ilkin olaraq mirası miras qoyanın birinci növbə vərəsələrindən X9 və X8 qəbul etmişdir. X8 07 iyul 2004-cü ildə, X9 isə 05 aprel 2005-ci ildə ölmüşdür və onların ölümündən sonra isə İddiaçı miras əmlaka faktiki sahiblik etməklə, idarə və istifadə etmişdir, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada, nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, X3 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.0828 ha torpaq sahəsində ümümi sahəsi 69.8 kv.m olan fərdi yaşayış evindən ibarət əmlakı İddiaçı tam hissədə miras əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən 08 may 2024-cu il tarixli, **********06-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0828 ha həyətyanı torpaq sahəsinə və onun üzərində olan ümümi sahəsi 69.8 kv.m olan fərdi yaşayış evinə İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar