Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1133/2024 07.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 fevral 1988-ci il təvəllüdlü Qazax rayonu Yuxarı Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, qızı X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi qız məhkəmədə ərizəni müdafiə edərək, bildirdi ki, xx.xx.1988-ci ildə anadan olmuş qızı X6 doğulduğu vaxtdan ağır dərəcəli xəstəliyindən əziyyət çəkir. O anadan gəlmə ağır dərəcəli əqli gərilik, İQ-15% spastik tetraplegiya, ətrafarda tetraparez diaqnozu ilə ikinci dərəcəli əlildir. Orqanizmin funksiyalarının pozulması 80% qiymətləndirir. Müddətsiz olaraq əmək qabiliyyətsizdir. X2 xx.xx.2024-cü ilç tarixli, 164 nömrəli həkim rəyində qeyd edilir ki, “Xəstə çətin yeriyir, köməksiz yeriyə bilmir, suallara qısa, primitiv, sözlə aidiyyatı üzrə tam cavab vermir. Məktəbə getməyib, anadan gəlmə xəstədir. Cəmi 7-8 söz bilir, onlarla tam fikir ifadə edə bilmir. Kənar şəxsin köməyinə ehtiyacı vardır. İQ15-də azdır.” O bu xəstəlik səbəbindən fəaliyyət qabiliyyətini itirmişdir. Buna görə də, məhkəməyə müraciə etməli olımuşdur. Odur ki, X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 Minayə Yaşa qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə Qazax rayonunda anadan olmuş, ata qrafasında X8, anası Ərizəçidır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, 28 fevral 1988-ci il təvəllüdlü X6 ağır dərəcəli əqli gərilik.İQ-15%. Spastik tetraplegiya, ətraflarda tetraparezindən əziyyət çəkir. İkinci dərəcəli əlilldir. Əmək qabiliyyətsizdir. İşdə olan xx.xx.2024-cü il tarixli həkim rəyindən görünür ki, 28 fevral 1988-ci il təvəllüdlü X6 çətin yeriyir, köməksiz yeriyə bilmir, suallara qısa, primitiv, sözlə aidiyyatı üzrə tam cavab vermir. Məktəbə getməmiş, anadan gəlmə xəstədir. Cəmi 7-8 söz bilir, onlarla tam fikir ifadə edə bilmir. Kənar şəxsin köməyinə ehtiyacı vardır. İQ15-də aşağıdır. F72-ağır dərəcəli əqli gərilik diaqnozudur. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 656 nömrəli rəyindən görünür ki, 28 fevral 1988-ci il təvəllüdlü X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. 28 fevral 1988-ci il tarixdə anadan olmuş X6 öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. 28 fevral 1988-ciil tarixdə anadan olmuş X6 öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 28 fevral 1988-ci il tarixdə Qazax rayonunda anadan olmuş X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 28 fevral 1988-ci il tarixdə Qazax rayonunda anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 28 fevral 1988-ci tarixdə Qazax rayonunda anadan olmuş X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1133/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1133/2024
07.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver