Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1135/2025 07.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi oğlunun «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına əsasən Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN:1496 KOD 50100038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına əsasən Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsinə verilmiş JN:096F KOD 50110028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 26 mart 2015-ci il tarixdə vəfat etmiş mərhum X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2nun mülkiyyətinə verilmişdir. Sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN:147 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin həmin X11 Xəlilovun atasının adı səhvən “Nazim” kimi göstərilmişdir. Halbuki, onun atasının adı Məhəmməddir. Eyni zamanda Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi oğlu X8 mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə dair JN:096F KOD 50110028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə də oğlu Elşən Xəlilovun atasının adı səhvən “Nazim” kimi göstərilmişdir. Halbuki, onun atasının adı Məhəmməddir. X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hazırda həmin torpaq sahələrini vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyir. Lakin, bu texniki səhvin ucbatından ala bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına əsasən Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN:147 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və Qazax rayonu Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına əsasən Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsinə verilmiş JN:096F KOD 50110028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 26 mart 2015-ci il tarixdə vəfat etmiş mərhum X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil oğlu ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi X2 olmuşdur, lakin o 2015-ci il tarixdə vəfat etmişdir. Torpaq sənədlərində Elşənin ata adının səhv yazılmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi X2dur və o 2015-ci il tarixdə vəfat etmişdir. Xəlilov Elşənin ata adı Məhəmməddir. Torpaq sənədlərində Xəlilov Elşənin ata adı səhv yazılmasını təsdiq edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında Ərizəçi kimi qeyd edilmişdir İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayonu Orta Salahlı kənd nümayəndəliyinin arayışından görünür ki, JN-096F KOD 50110028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-147 KOD 50110028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktında Qazaxbəyli kənd sakini X1, adı, atasının adı düzgün qeyd edilməmişdir. X3 kimi qeyd edilmişdir. İş materiallarında olan JN-147 KOD 50110028 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.34 ha torpaq sahəsi X8 mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan JN-096F KOD 50110028 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.18 ha torpaq sahəsi X8, mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-96F nömrəli şəhadətnaməsində mülkiyyətçinin adı, atasının adı və soyadı arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-96F nömrəli dövlət aktında mülkiyyətçinin adı, ata adı və soyad şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-147 nömrəli dövlət aktında mülkiyyətçinin adı, atasının adı və soyadı arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-47 nömrəli dövlət aktında mülkiyyətçinin adı, ata adı və soyad şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin oğlunun bütün sənədlərində “X9” kimi göstərilsə də, JN-147 KOD 50110028 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair dövlət aktında səhvən “X12” kimi və JN-096F KOD 50110028 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “X9” sözü “X12” kimi göstərilmişdir. Dövlət aktında “X12” və şahadətnamədə səhvən göstərilən “X12” ilə təqdim olunan sənədlərdə göstərilən “X9” ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-147 KOD 50110028 №-li nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının, JN-096F KOD 50110028 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxsiyyət vəsiqələrinin surəti, və ölüm şəhadətnaməsində ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-147 KOD 50110028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “X12”na aid hissədə “X9”na və Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-096F KOD 50110028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X12”na aid hissədə “X9”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-147 KOD 50110028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “X12”na aid hissədə “X9”na və Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-096F KOD 50110028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X12”na aid hissədə “X9”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1135/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1135/2025
07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver