Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1141/2024 19.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi İsgəndərova (Adıgözəlova) Fəridə Süleyman qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İsgəndərova (Adıgözəlova) Fəridə Süleyman qızı Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MQŞ/1-00272 nömrəli sazişin alimentə və uşaqların 04 yanvar 2016-cı il təvəllüdlü X5 və 30 aprel 2019-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılmasına dair hissəsində təsdiq edilməsi və 04 yanvar 2016-cı il təvəllüdlü X7 və 30 aprel 2019-cu il təvəllüdlü X3 öhdəliyin yarandığı tarixdən aylıq 300 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İsgəndərova (Adıgözəlova) Fəridə Süleyman qızı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişini 04 yanvar 2016-cı il təvəllüdlü X5 və 30 aprel 2019-cu il təvəllüdlü X8 adlı uşaqları İsgəndərova (Adıgözəlova) Fəridə Süleyman qızının himayəsində qalması və Maraqlı şəxs adlı uşaqların saxlanılması üçün hər biri üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat aliment hissəsində təsdiq edilməsini xahiş etmişdir. Ərizəçinin tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxsla 17 sentyabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirərək evləniblər. Birgə nikahlarından 04 yanvar 2016-cı il təvəllüdlü X9 və 30 aprel 2019-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə 2023-cü ilin may ayından ayrılıblar.Aralarında xx.xx.2023-cü il tarixli mediasiya qaydasında barışıq sazişi bağlayaraq nikahın pozulmasına, uşaqların onun himayəsində saxlanılmasına və hər uşaq üçün 2023-cü ilin iyun ayından başlayaraq, hər uşaq üçün aylıq 150 manat olmaqla, cəmi aylıq 300 manat olmaqla aliment ödəməyə razılaşıblar. Cavabdehlə aramızda olan nikah Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-790/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh saziş üzrə alimenti ödəməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi İsgəndərova (Adıgözəlova) Fəridə Süleyman qızı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahat verərək barışıq sazişinin təsdiq edilməsinə heç bir etirazı olmadığını bildirdi. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04 yanvar 2016-ci ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası X4r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 aprel 2019-cu ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası X4r. Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Tərəflər nikahın məhkəmə qaydasında pozulmasına razıdırlar.X6 və Maraqlı şəxs Nəsimi oğlu, birgə nikahlarından olan 04 yanvar 2016-cı il təvəllüdlü X5 və 30 aprel 2019-cu il təvəllüdlü X3 analarının himayəsində qalması və uşaqların yetkinlik yaşına catana kimi saxlanılması üçün 150 (yüz əlli) manat cəmi 300 (üç yüz) manat ödənilməsi barədə razılığa gəlirlər, Ödəniş 2023-cü ilin iyun ayından başlayaraq hər ayın birinci həftəsi X1 hesabına ödənilməlidir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-790/2023-cü il nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə X6 ilə bağlanmış 17 sentyabr 2018-ci il tarixdə Qazax Rayon Qeydiyyat Şöbəsində 308 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə İsgəndərova (Adıgözəlova)Fəridə Süleyman qızının nikahlarına 26 oktyabr 2023-cü ildə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355- 26.1.2-ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında 15 may 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin uşaqların ananın himayəsinə verilməsi və alimentə dair hissəsi qanuna zidd deyildir və barışıq sazişinin həmin hissəsi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 15 may 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi alimentə və uşaqların ananın himayəsinə verilməsinə dair hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə 11 iyul 2024-cü il tarixdə müraciət etdiyinə görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İsgəndərova (Adıgözəlova) Fəridə Süleyman qızının ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 15 may 2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi 04 yanvar 2016-cı il təvəllüdlü X5 və 30 aprel 2019-cu il təvəllüdlü X3 analarının himayəsində qalması və alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: «Tərəflər razılığa gəldilər ki, 04 yanvar 2016-cı il təvəllüdlü X5 və 30 aprel 2019-cu il təvəllüdlü X8 adlı uşaqları İsgəndərova (Adıgözəlova) Fəridə Süleyman qızının himayəsində qalır və Maraqlı şəxs uşaqların saxlanılması üçün hər biri üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat aliment ödəməyə öhdəlik götürür». Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1141/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1141/2024
19.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver