Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1157/2024 20.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı miras əmlaka tam vərəsəlik hüququnun müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, Çaylı kəndində yerləşən mərhum qardaşı X5 miras qalmış 0.2 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 49.2 kv. m fərdi yaşayış evinə tam vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehlər onun qardaş və bacılarıdır.Digər qardaşı X13 31 oktyabr 2022-ci il tarixdə “xroniki qaraciyər çatışmamazlığı” səbəbindən ölmüşdür. Mərhum Qardaşının müalicəsini o etdirmiş və hətta ölümündən sonra da dəfnini, yasını o təşkil etmiş və qəbirüstü abidəsini o götürmüşdür. Qardaşı öldükdən sonra, ondan Qazax rayonu, Çaylı kəndində miras kimi həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi qalmışdır.Qardaşının vəfatından sonra həmin mirası o idarə etmiş, edir və əksiz sahibliyimdədir. Hətta, qardaşının ölümündən sonra o xx.xx.2022-ci il tarixdə qanunla edilmiş müddətdə mirasın qəbul edilməsinə dair ərizə ilə Qazax rayon Ofisinə qardaşımdan miras qalmış Qazax rayonu Çaylı kəndində yerləşən ıhəsinə və fərdi yaşayış evinə dair mirasın qəbul etdiyinə dair müraciət etmiş və ərizəsi əsasında 8V-511 nömrəli vərəsəlik işi açılmışdır, vərəsəlik işi üzrə digər vərəslər qardaşı və bacıları da mirası qəbul etməmələrinə dair ərizə ilə notariusa müraciət etmişlər. Mərhum qardaşı X5 miras qalmış əmlakının dövlət reyyestrindən xx.xx.2023-cü il tarixli çıxarışla əmlakın Daşınmaz əmlakın reyestr nömrəsi **********92-10301, Qeydiyyat nömrəsi isə **********-dir.Həmin çıxarış əsasında mərhum qardaşının mülkiyyətində Qazax rayonu Çaylı kəndində 0.02 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 49.20 metr ölçüdə fərdi yaşayış evi qalmışdır. Mərhum qardaşım heç vaxt ailəli olmamış, nikaha daxil olmamış, övladı olmamış və övladlığa da övlad götürməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alınaraq, Qazax rayonu, Çaylı kəndində yerləşən mərhum qardaşı X5 miras qalmış 0.2 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 49.2 kv. m fərdi yaşayış evinə tam vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, verdiyi izahatında bildirmişdir ki, həqiqətən qardaşı X6 qalan mirası sağlığında və eləcədə vəfatından sonra İddiaçı idarə etmişdir Odur ki, iddianın təmin olunması etiraz etmədi. Məhkəmə iclasında cavabdeh X10 iddianı qəbul edərək, verdiyi izahatında bildirmişdir ki, həqiqətən qardaşı X6 qalan mirası sağlığında və eləcədə vəfatından sonra İddiaçı idarə etmişdir Odur ki, iddianın təmin olunması etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək, verdiyi izahatında bildirmişdir ki, həqiqətən qardaşı X6 qalan mirası sağlığında və eləcədə vəfatından sonra İddiaçı idarə etmişdir. Odur ki, iddianın təmin olunması etiraz etmədi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan ölüm haqqında arayışdan görünür ki, X14 31 oktyabr 2022-ci il tarixdə ölmüşdür. iş materiallarına əlavə olunan “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X15 aid xx.xx.2022-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir İş materiallarına əlavə olunan doğum haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1966-ci il tarixdə anadan olmuş ata qrafasında X11 ana qrafasında isə X3 qeyd edilmişdir. İş materiallarına əlavə olunan doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.1959-cu il tarixdə anadan olmuş ata qrafasında X11 ana qrafasında isə X3 qeyd edilmişdir. İş materiallarına əlavə olunan doğum haqqında arayışdan görünür ki, X19 xx.xx.1964-cü il tarixdə anadan olmuş ata qrafasında X11 ana qrafasında isə X3 qeyd edilmişdir. İş materiallarına əlavə olunan doğum haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş ata qrafasında X11 ana qrafasında isə X3 qeyd edilmişdir. İş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1954-cü il tarixdə anadan olmuş və ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin Cavabdeh1 ünvanladığı 11 iyul 2024-cü il tarixli, 659 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakın bölüşdürülməsinə dair onunla digər vərəsə İddiaçı arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş 8İ-6182 №-li ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş qardaşı X5 miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olan əmlakı miras kimi qəbul etmişdir. İş materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş 8İ-6176 №-li ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş qardaşı X5 miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olan əmlakdan imtina edir. İş materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş 8İ-6178 №-li ərizədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş qardaşı X5 miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olan əmlakdan imtina edir. İş materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş 8İ-6176 №-li ərizədən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş qardaşı X5 miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olan əmlakdan imtina edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0.02 ha torpaq sahəsi və 49,20 kv. m daşınmaz əmlak xüsusi mülkiyyət kimi xx.xx.2023-cü ildə tam olaraq X8 adına qeydə alınmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X13 xx.xx.2022-ci il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi Qazax rayon Çaylı kəndində 0.02 ha həyətyanı torpaq sahəsi və 49,20 kv.m əmlak miras qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış bacısı İddiaçı həmin torpaq sahəsinə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Miras qoyanın isə uşaqları olmamışdır. Məhkəmə iclasında iddiaçı və cavabdehlərin ifadəsi, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişlər, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X1 onunla yaşamış İddiaçı , Şirin Tanrıverdiyev öldükdən sonra da əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X13 öldükdən sonra onun vərəsəsi olan bacısı – Nazəndə X2 miras qalmış Qazax rayonu Çaylı kəndində 0.02 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evinə tam hissədə mirası əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərifindən 30 may 2023-cü il tarixli, **********92-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən qardaşı X6 miras qalmış Qazax rayonu, Çaylı kəndində 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 49.20 kv m. fərdi yaşayış evinə İddiaçı tam payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1157/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1157/2024
20.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver