Məhkəmə qərarları › İş №2(023)-1158/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1158/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1158/2024 05.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 05 sentyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 24 mart 1997ci il tarixli 0 4 saylı qərarı ilə JN- 733A KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997- ci il tarixil 04 nömrəli qərarı ilə JN:371 KOD 50100108 nömrəli torpağa mülkiyyətə verilməsinı dair Dövlət Aktının “X23”na aid nissədə “X17”na məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X26 24 mart 1997-ci il tarixli 04 saylı qərarına ilə JN-733A KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qazax rayonun Yuxarı Salahlı kəndində 0.22 ha həyətyanı torpaq sahəsi və X26 24 mart 1997-ci il tarixli 04 saylı saylı qərarına ilə JN-371 KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onlara Qazax rayonun Yuxarı Salahlı kəndində 2.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə və dövlət aktında mərhum anasının ata adı səhvən göstərilmişdir. Qazax Rayon İcra hakimiyyətinin başçısının Yuxarı Salahlı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında da qeyd olunduğu kimi mərhum anasının ata adı səhvən qeyd edilmişdir.Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında və şəhadətnamədə olan səhvlik onun müəyyən sənədləşməni aparmağımda çətinlik yaradır.Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, o, 09 iyul 1954-cü ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşıdır. Asya Həsənova onların analarıdır. Asya Həsənovanın atasının adı Əmiraslan olmuşdur. Yəni ərizəçinin anası X10r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 verdiyi ifadəsində göstərmişdir ki, o, 12 may 1959-cu ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçi anasının atası Əmiralı deyil Əmiraslan olmuşdur. Yəni ərizəçinin anası X10r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, o, 01 sentyabr 1946-cı ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçi anasının atası Əmiralı deyil Əmiraslan olmuşdur.Yəni ərizəçinin anası X10r. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş Ərizəçi atası X28 anası isə X10r. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə doğulmuş X11 atası X28 anası isə X10r. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş X12 atası X28 anası isə X10r. Ölüm haqqında arayışdan görünür ki, X17 xx.xx.2015-ci ildə ölmüşdür. JN–371 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi X28, X23, Ərizəçi, X14, X20, X21, X22 və X13 mülkiyyətinə verilmişdir. JN–733A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi X28, X23, Ərizəçi, X14, X20,X21, X22 və X13 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Aslanbəyli kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş xx.xx.2024-cü il tarixli 5-58-4-12-21/2-347/2024 və 5-58-4-12-21/2-346/2024 saylı arayışlardan görünür ki, JN–692A KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 adı səhvən X8 və JN–490 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X2 adı səhvən X4 yazılmışdır və həmin adda Qazax rayonu Aslanbəyli kəndində heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən 2,88 kənd təsərrüfatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–371A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-733A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum anasının bütün sənədlərində adı “X17” kimi göstərilsə də, JN–371 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X23” kimi və JN– 733A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X23” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X23” ilə ölüm arayışında və digər sənədlərdə göstərilən “X17”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–371 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN–733A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, ölüm haqqında şəhadətnamə ərizəçi tərəfindən mərhum atasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–371 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X6 aid hissənin “X17”na və JN–733A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 aid hissənin “X17”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–371 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X6 aid hissənin “X17”na və JN–733A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 aid hissənin “X17”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar