Məhkəmə qərarları › İş №2(023)-1183/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1183/2025

04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1183/2025 04.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 08 nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-373A nömrəli şəhadətnamədə hüquq sahibi olaraq X6 olaraq göstərilən şəhadətnamənin X2 məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qazax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 08 nömrəli qərarı ilə o, X8 və X10 ilə birlikdə 0.06 ha ayrılmışdır. Adıçəkilən torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Kommitəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair JN-373A nömrəli şəhadətnamə verilmişdir. Sahib olduğu və DTXK tərəfindən tərtib edilmiş JN-373A şəhadətnaməsi mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün əsas hesab olunan sənəddir. Müvafiq sənəd əsasında mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi məqsədilə ********** ərizə nömrəsi ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etməyinə baxmayaraq İdarə hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Bununla bağlı ona xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-N-0033-35/25 nömrəli məktub təqdim edilmişdir. Müvafiq məktubda aşağıdakılar qeyd edilmişdir: “Torpağın mülkiyyətə verilməsinə dair JN- 373A nömrəli şəhadətnamədə göstərilən mülkiyyətçilətin adları,atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Bildirir ki, müvafiq şəhadətnamədə həm ailə üzvlərinin, həm də onun adı qeyd edilmişdir. Adı qeyd edilən zaman soyadı "Qasımova” göstərilmişdir ki, həmin soyadı ailə həyatı qurmamışdan öncəki soyadıdır. Həmçinin bir məqamı da qeyd edir ki, qeyd olunan 0.06 ha torpaq sahəsi ilə əlaqədar DTXK tərəfindən şəhadətnamə tərtib edilən zaman ata adı yanlışlıqla “Kamal” olaraq qeyd edilmişdir. Lakin istər hazırki şəxsiyyət vəsiqəsinə, istərsə də doğum haqqında şəhadətnamədə baxış keçirilsə, görülməsi mümkündür ki, ata adı “Kamal” yox, “Tofiq”-dir. Həmçinin əlavə etdiyi nikah haqqında şəhadətnamə və digər sənədlərdən də görünür ki, ata adı “Tofiq”-dir. Ona aid doğum haqqında şəhadətnamədən görmək mümkündür ki, atası X4r. Bundan başqa, 389138 nömrəli atasına məxsus Ölüm haqqında şəhadətnamədə də aşağıdakılar qeyd edilmişdir: “X1 xx.xx.1972-ci ildə 39 yaşında ölmüşdür.” Bildirir ki, atasının adı əvvəllərdən Tofiq olmuş, heç bir zaman dəyişiklik edilməmişdir. Lakin DTXK tərəfindən şəhadətnamə tərtib edilən zaman texniki formal xətaya yol verilmiş, ata adı yanlış yazılmışdır. Halhazırda həmin qurum ləğv edildiyindən şəhadətnamədə qeyd olunan ata adının dəyişikliyi ilə bağlı heç bir addım ata bilmir, həmçinin, hüquqi marağı olan torpaq sahəsinə mülkiyyət hüquqlarımı təsdiq edən çıxarış və plan-ölçü sənədi əldə edə bilmir. Mülki işin məhkəmə baxılmağa hazırlanması zamanı Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, ərizənin xahiş etdi hissəsində səhvən X2 məxsus olmasını qeyd etmişlər. Odur ki, X6 olaraq göstərilmiş şəhadətnamənin Ərizəçi məxsus olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X11 ilə Ərizəçi xx.xx.1992-ci il tarixdə 456 qeydi ilə rəsmi nikaha daxil olmuşlar. X2 “Nuriyeva” soyadı verilmişdir. İş materiallarında olan JN-373A, Kod 50112028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, xx.xx.1996-cı il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Kommuna kəndində yerləşən 0.06 ha torpaq sahəsi Ərizəçi Kamal qızı, X8, X5 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, Kommuna kəndində yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-373A nömrəli şəhadətnamədə mülkiyyətçilərin adları, atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-373A nömrəli şəhadətnamədə göstərilən mülkiyyətçilərin adları, atalarının adları,və soyadları şəxsiyyəti təsdiq sənədlərdə və ölüm haqqında şəhadətnamədə fərqlidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-373A nömrəli şəhadətnamədə göstərilən torpaq mülkiyyətçilərinin həqiqətən şəxsiyyəti təsdiq sənədlərdə və ölüm haqqında şəhadətnamədə göstərilən şəxsə eyni olmasını təsdiq edən akt və ya məhkəmə qətnaməsi ərizənizə əlavə edilməmişdir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində “Ərizəçi kimi göstərilsə də, JN-373A KOD 50112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “X6” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X6” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi ilə eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-373A KOD 50112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surəti, və nikah şəhadətnaməsində ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-373A KOD 50112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X6”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 may 1996-cı il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-373A KOD 50112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X3”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar