Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1192/2025 12.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü Qazax rayonu Yuxarı Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, oğlu X1 diaqnozu Tibbi Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatında “ağır dərəcəli əqli gerilik, teztez təkrarlanan psixotik vəziyyət, şəxsiyyət və davranış pozuntusu” kimi qeyd edilmişdir. Xəstəlik müddətsiz olmaqla, birinci dərəcəli əlillik kimi dərəcələndirilmişdir. X3 bu xəstəlik səbəbindən özünü idarə edə bilmir, başqalarının yardımına möhtacdır. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında da kənar şəxsin nəzarətinə və qulluğuna ehtiyac olması qeyd edilmişdir. Xəstəlik anadangəlmədir, hərəkətlərinin mənasını bilmir, daima qulluq və müalicəyə ehtiyacı vardır. Müraciəti anlamır, fizioloji tələbatları bildirmir, özünə qulluq vərdişləri inkişaf etməmişdir. Buna görə də, hüquqlarının realizəsi üçün məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, 30 iyun 1982ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1982-ci il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qarfasında isə Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.1982-ci il tarixdə anadan olmuş X1 diaqnozu “çox ağır əqli gerilik, tez-tez təkrarlanan psixotik vəziyyət, şəxsiyyət və davranış pozuntusu” kimi müəyyən edilmişdir, kənar şəxsin nəzarətinə ehtiyac vardır. Şəxsin əlillik və sağlamlıq imkanları müddətsiz olmaqla birinci dərəcəli əlillik kimi müəyyən edilmişdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 518 nömrəli rəyindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X2 “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” aşkar edilmişdir. Yoxlanılan şəxs psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X1 “fəaliyyət qabiliyyəti olmayan” hesab edilməsinə kifayət qədr əsas vardır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.1982-ci il təvəllüdlü X3 öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1982-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1982-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.1982-ci il tarixdə anadan olmuş X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1192/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1192/2025
12.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver