Məhkəmə qərarları › İş №2(023)-1195/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1195/2025

10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1195/2025 10.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 saylı qərarına əsasən Qazax rayonunun Daş Salahlı kəndi ərazisində yerləşən 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətinə verilməsinə dair JN: 1821 KOD 50100038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X5”na aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnanə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə Qazax rayonunun Daş Salahlı kəndi ərazisində yerləşən 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətinə verilmişdir. Sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN: 1821 KOD 50100038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin həmin Dövlət aktında onun adı səhvən “Sədaqət” kimi göstərilmişdir. Halbuki, onun adı Səyalıdır. Bu hal ona məxsus bütün sənədlərlə təsdiq olunur. Hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir, lakin bu texniki səhvin ucbatından ala bilmir. Qeyd olunan torpaq sahələrinə çıxarış almaq üçün Azərbaycan Respublikasınin İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsi 15 saylı Tovuz Ərazi İdrarəsinə müraciət etsə də, həmin İdarə tərəfindən müvafiq məktub ünvanlanmış və həmin məktubdə bildirilmişdir ki, həmin sənədlərdə buraxımış texniki səhvlərin aradan qaldırılması məhkəmə qrərarı əsasında mümkündür. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-1821 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin JN-1821 nömrəli dövlət aktında göstərilən məlumatlar ərazi idarəsində mövcud olan arxiv məlumatları ilə eynidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qazax rayonu, Daş Salahlı kənd sakini Nümayəndə 1996-2000-ci illərinin 02 nömrəli təsərrüfat kitabın 144 saylı səhifəsində Daş Salahlı kəndində yerləşən 1962-ci ildə inşa olunmuş 1 mərtəbəlifərdi yaşayış evi, 0.11 ha torpaq sahəsi onun adına qeyd edilmişdir. İş materiallarında olan JN-1822 KOD 50100038 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.35 ha torpaq sahəsi Nümayəndə mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Qazax rayonu, Daş Salahlı kənd sakini Nümayəndə ailə tərkibi:X1, Ərizəçi, X6r. İş materiallarında olan JN-275B KOD 50100038 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.11 ha torpaq sahəsi Nümayəndə, X2, X4, X7 və Ərizəçi mülkiyyətindədir. İş materiallarında olan JN-1821 KOD 50100038 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.77 ha torpaq sahəsi Nümayəndə, X2, X4, X3 və X7 mülkiyyət hüququna verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində “Ərizəçi” kimi göstərilsə də, JN-1821 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən “X5” kimi göstərilmişdir. Dövlət aktında səhvən göstərilən “X5” ilə təqdim olunan sənədlərdə göstərilən Ərizəçi ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1821 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-1821 KOD 50100038 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X5”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-1821 KOD 50100038 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X5”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar