Məhkəmə qərarları › İş №2(023)-121/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-121/2023

16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-121/2023 16.01.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə Ərizəçi X1 şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 16 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN-573, KOD 50102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında X13 aid hissədə sənədin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 ərizə ilə məhkəməyə müraiət edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxıb, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, JN-573, KOD 50102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən rayonun Qiyasbəyli (Ağköynək) kənd sakinləri X16 və X9 mülkiyyətinə 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X17 01 yanvar 1937-ci il tarixdə Qazax rayonun Ağköynək kəndində anadan olmuşdur. X3 Tofiq Əhməd oğlu ilə 10 may 1955-ci ildə rəsmi nikah qeydiyyatıdan keçmişlər. Qadına Hacıalıyeva soyadı verilmişdir. X14 21 aprel 2003-cü ildə Qazax rayonunun Ağköynək kəndində vəfat etmişdir. Qazax rayon İcra Hakimiyyəti başçısının Ağköynək kənd icra nümayəndəliyinin verdiyi 18 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, JN-573, KOD 50102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında X5 adı səhvən X7 yazılmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən Qazax rayonun Qiyasbəyli (Ağköynək) kənd sakinləri X16 və X5 mülkiyyətinə 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X17 01 yanvar 1937-ci il tarixdə Qazax rayonun Ağköynək kəndində doğulmuşdur. X3 Tofiq Əhməd oğlu ilə 10 may 1955-ci ildə rəsmi nikah qeydiyyatıdan keçmişlər. Qadına Hacıalıyeva soyadı verilmişdir. Lakin Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-cı il tarixli 12 nömrəli qərarı ilə JN-457, KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dövlət aktında X2 Gövhər Qurban qızı kimi qeyd edilmişdir. Odur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN-573, KOD 50102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X13 aid hissədə sənədin X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə 573, KOD 50102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X13 aid hissədə sənədin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar