Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1217/2023 16.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlu ərizəçi qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək Qazax rayon Aqrar İslahat komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına əsasən JN -0171F KOD 50107019 nömrəli torpağın mülkiyyətə verilməsinə şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən verilmiş ərizədə maraqlı şəxsin qeydiyyatda olduğu ünvan və ərizə üzrə tələbi konkret olaraq göstərilməmiş, ərizənin forma və məzmun tələblərinə əməl edilməmiş və təsdiq edilmiş hüquqmüəyyən edici sənədlər ərizəyə əlavə edilməmişdir. Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1217/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1217/2023
16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver