Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1218/2023 05.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 05 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997ci il tarixli, 04 saylı qərarına əsasən Qazax rayonunun Daş Salahlı kəndində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı, JN-334 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının “Ərizəçi Əkrəm qızı”na aid hissədə “Ərizəçi”na məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarına əsasən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş JN-334 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun adı “Ərizəçi” əvəzinə “Ərizəçi Əkrəm qızı” kimi səhv qeyd edilmişdir. Halbuki ona məxsus bütün sənədlərində onun adı Ərizəçi kimi göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair çıxarış almaqda ona çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil Fəxzrəddin oğlu məhkəməyə göndərdiyi ərizədə, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, işə onların iştirakı olmadan baxılaraq, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1943-cü il tarixdə doğulmuşdur. Evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə Ərizəçi 03 noyabr 1967-ci ildə 95 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əmiraslanova soyadı verilmişdir. JN-334 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0.98 hektar torpaq sahəsi X3, Ərizəçi Əkrəm qızı, X2 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-19-12-21/2-1207/2023 saylı arayışından görünür ki, JN-334 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi adı səhvən Ərizəçi Əkrəm qızı kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,98 ha torpaq sahəsinə dair tərtib edilmiş JN–334 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-334 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi Əkrəm qızı” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “Ərizəçi Əkrəm qızı” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-334 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, evlənmək haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair çıxarış almaq üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-334 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi Əkrəm qızı”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarına əsasən Qazax rayonunun Daş Salahlı kəndində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı, JN-334 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının “Ərizəçi Əkrəm qızı”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1218/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1218/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver