Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1226/2023 09.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə oğlunun Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 09 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Birinci Şıxlı kəndində yerləşən 2,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Nümayəndə, X3, X5, X8, X9, X6, X10, X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X8”na aid hissədə “Ərizəçi”na məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Torpağa mülkiyyət hüququna dair JN- 408 KOD 50113018 nömrəli Dövlət Aktında onun adı “X11” əvəzinə “X8” kimi səhv qeyd edilmişdir. O nikaha daxil olduqdan sonra ərinin “Yusifova” soyadını götürmüşdür. Hazırda ona məxsus bütün sənədlərində onun adı Ərizəçi kimi göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair müəyyən sənədləşmə işlərinin aparılması üçün ona çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Doğum haqqında arayışdan görünür ki, xx.xx.1981-ci il tarixdə doğulmuş Ərizəçi atası Nümayəndə, anası X2r. AZE seriyalı 16233132 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə doğulmuşdur. Nikah haqqında arayışdan görünür ki, X7 ilə X11 20 fevral 1999-cu ildə 02 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. JN-408 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən 2.75 hektar torpaq sahəsi Nümayəndə, X3, X5, X8, X9, X6, X10, X4 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Birinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-8-12-21/2-340 saylı arayışından görünür ki, JN-408 KOD 50113018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi adı səhvən X1 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 2,75 ha torpaq sahəsinə dair tərtib edilmiş JN–408 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-408 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X8” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X8” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-408 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, doğum və nikah haqqında arayışlar, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə aparmaq üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-408 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X8”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Birinci Şıxlı kəndində yerləşən 2,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-408 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X8”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1226/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1226/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver