Məhkəmə qərarları › İş №2(023)-1227/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1227/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1227/2023 05.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 05 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Fərəhli kəndində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı, JN-0002 KOD 50111018 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair dair Dövlət Aktının “X6”na aid hissədə xx.xx.2005-ci ildə vəfat etmiş “X7”na məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Fərəhli kəndi ərazisində ona və ailə üzvlərinə 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş JN-0002 KOD 50111018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun xx.xx.2005-ci ildə vəfat etmiş mərhum arvadının adı “X7” əvəzinə “X6” kimi səhv qeyd edilmişdir. Halbuki mərhum arvadının bütün sənədlərində adı X2 göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair çıxarış almaqda ona çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1949-cu il tarixdə doğulmuş X3 atası X10, anası Gülal Həmid qızıdır. Evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X7 12 noyabr 1971-ci ildə 8 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. Olüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2005-ci ildə ölmüşdür. JN-0002 KOD 50111018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Fərəhli kəndində yerləşən 2,55 hektar torpaq sahəsi Ərizəçi, X6, X8, X4 və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Fərəhli kəndində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-0002 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum arvadına məxsus bütün sənədlərdə “X7” kimi göstərilsə də, JN-0002 KOD 50111018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X6” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X6” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X7”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-0002 KOD 50111018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, doğum haqqında və evlənmək haqqında şəhadətnamələrin surəti, ərizəçi tərəfindən, mərhum arvadına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair çıxarış almaq üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-0002 KOD 50111018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X6”na aid hissədə “X7”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Fərəhli kəndində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı, JN-0002 KOD 50111018 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının “X6”na aid hissədə “X7”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar