Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1227/2024 07.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, bildirdi ki, xx.xx.2006-ci ildə anadan olmuş oğlu X5 anadan gəlmə kvadroplegik spastik serebral iflic, kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Həmin xəstəliyi ilə əlaqədar X4 birinci dərəcəli əlillik təyin edilmişdir. Övladının hazırda öz hərəkətlərinin mənadını başa düşmür, onunla birlikdə yaşayır. X4 o qulluq edir. X1 qulluq etməyi ilə əlaqədar olaraq, dövlət tərəfindən təyin olunan müavinətlərə təmin olunmağı məqsədilə aidiyyatı dövlət qurumlarına müraciət edərkən və həmin müavinətin verilməsi üçün Rəşidin üzərinə qəyyum təyin olunmağı vacibdir. Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin övladının əmək fəaliyyəti qabiliyyəti olmaması barədə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 785796 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. Həmin uşağın atası Ərizəçi, anası X3r. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X5 G80.0 kvadroplegik spastik serebral iflic, kvadroplegik spastik serebral iflic əziyyət çəkir. Birinci dərəcəli əlilldir.Əmək qabiliyyətsizdir. İşdə olan xx.xx.2024-cü il tarixli tibbi arayışdan görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X5 uşaq serebral iflic, tetropovrez diaqnuzu xəstəsidir. İşdə olan xx.xx.2007-ci il tarixli 1113 nömrəli ekipriz xəstəlik araışından görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X5 uşaq serebral iflic xəstəliyindfən əziyyət çəkir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 662 nömrəli rəyindən görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik, Davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2006-ci il tarixdə anadan olmuş X5 öz hərəkətlərinin ölçüb-biçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2006-ci il tarixdə anadan olmuş X5 öz hərəkətlərinin ölçüb-biçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2006-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.2006-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1227/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1227/2024
07.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver