Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-123/2024 23.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və maraqlı şəxs Qazax Rayon Notariat Ofisinə qarşı vəsiyyətnamənin ləğv edilməsi və payların vərəsələr arasında mütanasib şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qazax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, və maraqlı şəxs Qazax Rayon Notariat Ofisinə qarşı vəsiyyətnamənin ləğv edilməsi və payların vərəsələr arasında mütanasib şəkildə bölünməsi tələbinə dair iddia ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmı iclasında İddiaçı ərizə ilə müraciət edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Qazax Rayon Notariat Ofisinə qarşı vəsiyyətnamənin ləğv edilməsi və payların vərəsələr arasında mütanasib şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-123/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-123/2024
23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver