Məhkəmə qərarları › İş №2(023)-1235/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1235/2024

27.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1235/2024 27.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X8 ilə 2010-cu ildə el adəti ilə evlənərək nikahlarını xx.xx.2013-cü ildə rəsmiləşdiriblər.X5 ağır dərəcəli “irsi ataksiya, xroniki proqresivləşən irsi beyincik ataksiyası Olivo-ponto serebral atrofiya immobilik(hərəkətsizlik)”xəstəliyindən əziyyət çəçir.O, bu diaqnoz ilə birici dərəcəli əlildir.Əlilik va sağlamlıq imkanlarının məhdudluq müddəti “Müddətsiz” olaraq qiymətləndirilir. O, bu xəstəlik səbəbindən təmamilə fəaliyyət qabiliyyətini itirmişdir.Buna görədə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bu onun hüquqlarının realizəsi üçün vacibdir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X6 üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 857776 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,X8 və X7 14 may 2014-cü il tarixində nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra X4 Hacıyeva soyadı verilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, xx.xx.1988-cü il təvəllüdlü X3 irsi ataksiya, xroniki proqresivləşən irsi beyincik ataksiyası, Olivo-ponto serbral atrofiya İmmobillik (hərəkətsizlik) xəstəliyindən əziyyət çəkir. Birinci dərəcəli əlilldir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 701 saylı rəyindən görünür ki, xx.xx.1988-cü il tarixdə anadan olmuş X1 Baş Beyin üzvi xəstəlik nəticəsində Demensiya (Ağıl zəyifliyi) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsinifatı 10-cu baxış) F02.8 xəstəliyindən əziyyət çəkir. xx.xx.1988-cü il tarixdə anadan olmuş X8 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Dəqiqləşdirilməmiş Baş Beyin üzvi xəstəlik nəticəsində Demensiya(Ağıl zəyifliyi) XBT-10 (Psixi və davtranış pozuntularının beynəlxalq təsinifatı 10-cu baxış) F02.8 xəstəliyindən əziyyət çəkir. xx.xx.1988-cü il tarixdə anadan olmuş X8 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir.X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1988-cü il tarixdə Gürcüstanın Rustavi şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 26 dekabr 1988-cü il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 26 dekabr 1988-ci il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar