Məhkəmə qərarları › İş №2(023)-124/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-124/2023

19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-124/2023 19.01.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçi nümayəndəsi X19 iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 19 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə JN-473, KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında və JN-446D KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X3 aid hissədə sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X12 ərizəni müdafiə etmiş və ərizənin təmin edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, JN-473, KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən rayonun Qaymaqlı kənd sakini X13 və ailə üzvlərinin mülkiyyətinə 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan sənədlərdən görünür ki, JN-446D KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən rayonun Qaymaqlı kənd sakini X13 və ailə üzvlərinin mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. X14 1939-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. X8 18 iyul 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X15 20 yanvar 1993-cü il tarixdə Qazax rayonunda anadan olmuşdur. X10 14 dekabr 1994-cü il tarixdə Qazax rayonunda anadan olmuşdur. X9 10 mart 1946-cı il tarixdə Qazax rayonun Qaymaqlı kəndində anadan olmuşdur. X1 Cavad Hümbət oğlu ilə 12 noyabr 1963-cü ildə 28 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Qadına Məmmədova soyadı verilmişdir. Qazax rayon İcra Hakimiyyəti başçısının Qaymaqlı kənd icra nümayəndəliyinin verdiyi 15 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, JN-473, KOD 50100048 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı və JN-446D KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı səhvən X2 yazılmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən Qazax rayonun Qaymaqlı kənd sakinləri X14, Ərizəçi, X7, X15 və X5 mülkiyyətinə 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən Qazax rayonun Qaymaqlı kənd sakinləri X14, Ərizəçi, X7, X15 və X5 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X9 10 mart 1946-cı il tarixdə Qazax rayonun Qaymaqlı kəndində anadan olmuşdur. X1 Cavad Hümbət oğlu ilə 12 noyabr 1963-cü ildə 28 nömrə rəsmi nikah qeydiyyatıdan keçmişlər. Qadına Məmmədova soyadı verilmişdir. Lakin Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə JN-473, KOD 50100048 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı və JN-446D KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi X2 qeyd edilmişdir. Odur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə JN-473, KOD 50100048 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının və JN-446D KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X3 aid hissədə sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə JN-422, KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında və JN-446D KOD 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X3 aid hissədə sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar