Məhkəmə qərarları › İş №2(023)-1261/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1261/2024

25.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1261/2024 25.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 qızının iştirakları ilə, Ərizəçi ərizəsinə əsasən X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 25 noyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) 16 avqust 1988-ci il təvəllüdlü Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, əri X1 serebral iflic xəstəliyindən əziyyət çəkir. Xəstəliklərinə əsasən orqanizminin 90% funksiyalarını itirnhiş və əmək qabiliyyətsizdir. Bu xəstəliyi ilə əlaqədar daima həkim nəzarətində olmalıdır. Bu xəstəlik də onun digər xəstəliyinin ağırlaşmasına təkan verir. O, X5 neçə illərdir ambulator müalicə etdirməyə çalışsada, nəticəsi olmur. Qeyd etdiyi hallar onun müayinəsi ilə bağlı sənədlərdə də təsdiqini tapmışdır. Mütamadi müalicə etdirmiş, lakin onun xəstəliyinin müalicəsi olmadığını və yalnız sakitləşdiricilərin köməyi olacağını bildirirlər. X9 bu xəstəlik səbəbindən fəaliyyət qabiliyyətini itirmişdir. Buna görə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bu onun hüquqlarının realizəsi üçün vacibdir. Kazım Qəsəbov öz hərəkətlərini idarə edə bilmir və daimi olaraq qulluğa və yardıma ehtiyacı vardır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X7 08 oktyabr 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qəsəbova soyadı verilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 qızı xx.xx.1988-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il qərarı ilə X9 6.5.1.2. 6.Sinir sistemi xəstəlikləri Serebral iflic va digər paralitik sindromiar. Spastik tetraplegiya mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (va ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falangasının 4-cü barmağa qədər catmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayimstatodinamik pozuntular. 6.1.10.2. 6.5 Sinir sistemi xəstəlikləri müvazinətin va koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) İmmobillik (hərəkətsizlik) başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri o cümlədən yürüşün və durmanın pozuntuları Diaqnozu ilə əmək qabiliyyətsiz olmaqla, xx.xx.2024 tarixindən xx.xx.2026 tarixinədək ümumi xəstəlikdən reabilitasiya müalicəsi təyin edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 779 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X9 Baş Beyin Üzvi X3 (Ağil Zəifliyi) Xbt-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 xəstəliyi keçirməsi səbəbindən o, özünü idarə etmək, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X9 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X4 qızı əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 arvadı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar