Məhkəmə qərarları › İş №2(023)-1269/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1269/2024

27.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1269/2024 27.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, oğlu X6 iki yaşından klassik fenilketonuriya, fenilketonurya, ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir. O, bununla bağlı azyaşlı vaxtlarından 1-ci qrup əlil kimi pensiya alır və əmək qabiliyyətsizdir. Orqaniziminin funkisiyalarının pozulması 90% müəyyən edilmişdir.Bu xəstəliyi ilə əlaqədar daima həkim nəzarətində olmalıdır.Bu xəstəliklə bağlı rəsmi sənədləri ərizələrinə əlavə ediblər.Bu xəstəlik də, onun digər xəstəliyinin ağırlaşmasına təkan verir. Onu neçə illərdir ki, ambulator müalicə etdirməyə çalışsa da, nəticəsi olmur.Bu qeyd etdiyi hallar onun müayinəsi ilə bağlı sənədlərdə də təsdiqini tapmışdır.Mütamadi müalicə ediblər, ancaq onun xəstəliyinin müalicəsi olmadığını və yalnız sakitləşdiricilərin köməyi olcağını bildirirlər.O, bu xəstəlik səbəbindən fəaliyyət qabiliyyətini itirmişdir.Buna görədə fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.Bu onun hüquqlarının realizəsi üçün vacibdir.Kamal Nurulu öz hərəkətlərini idarə edə bilmir və daimi olaraq qulluğa və yardıma ehtiyacı vardır.Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X3 üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 849387 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cü il tarixdə Bakıda anadan olmuşdur. Həmin uşağın atası X5, anası Ərizəçidır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1 fenilketonuriya, Fenilketonurya, Ağır dərəcəli əqli gerilik, Ağır dərəcəli əqli gerilikdən əziyyət çəkir.İQ-20%dir. Birinci dərəcəli əlilldir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 693 saylı rəyindən görünür ki, xx.xx.2006-cü il tarixdə anadan olmuş X2 dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XTB (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2006-cü il tarixdə anadan olmuş X6 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X2 dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XTB (Psixi və davranışpozuntularının beynəlxalq təsnifatı 10- cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2006-cü il tarixdə anadan olmuş X6 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 18 sentyabr 2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 18 sentyabr 2006-cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar