Məhkəmə qərarları › İş №2(023)-1274/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1274/2025

11.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1274/2025 11.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, Ərizəçi, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il təvəllüdlü bacısı X5 “doğuş travması zamanı digər dəqiqləşdirilmiş zədələnmələr, doğuş travmasından sonrakı sinir sisteminin infeksion xəstəliyinin nəticələri. Kəllə daxili hipetenziya xarakterist ağrıları ilə. Orta dərəcəli əqli gerilik, emosional iradə kütlüyü” diaqnozu ilə İİ qrup əlildir. Ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə xəstədir və mütəmadi olaraq müalicə alır. Bacısı onda olan xəstəlik qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiynə görə özünü idarə edə bilmir, hüquqlarını həyata keçirməkdə çətinlik çəkdiyindən onun himayəsindədir. Valideynləri-yəni atası İ Qarabağ Müharibəsi veteranıdır, anası isə astma xəstəsidir. O ailə həyatı qurmamışdır və bacısına o baxır və qulluq edir. Bacısı ilə bağlı yaranan problemlərin həll olunması üçün o, fəaliyyət qabiliyyətsiz heasab olunmalı və onun üzərində qəyyum təyin edilməlidir. Mövcud qanunvericiliyə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsi yalnız məhkəmə qərarına əsasən mümkün olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 noyabr 1987-ci il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qarfasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X2 diaqnozu “doğuş travması zamanı digər dəqiqləşdirilmiş zədələnmələr, doğuş travmasından sonrakı sinir sisteminin infeksion xəstəliyinin nəticələri. Kəllə daxili hipetenziya xarakterist ağrıları ilə. Orta dərəcəli əqli gerilik, emosional iradə kütlüyü”. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025ci il tarixli 635 nömrəli rəyindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.1987-ci il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. xx.xx.1987-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1987-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1987-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.1987-ci il tarixdə anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar