Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1294/2023 17.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi Vəliyeva (İmişova) Elmira Əşrəf qızının nümayəndəsi, Vəkil Fəxrəddin oğlunun iştirakı ilə, Ərizəçi Vəliyeva (İmişova) Elmira Əşrəf qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Vəliyeva (İmişova) Elmira Əşrəf qızı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı əsasında Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən ümumi sahəsi 0,25 ha həyətyanı torpaq sahəsinə dair JN– 621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin xx.xx.2016-cı ildə vəfat etmiş mərhum əri “X9” aid hissədə “X10” məxsus olması və “X2” aid hissədə X4” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Vəliyeva (İmişova) Elmira Əşrəf qızı ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Qazax rayonu İkinci Şıxlı kəndində 0,25 ha ümumi sahəsi həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mərhum ərinin adı “X16” əvəzinə yanlış olaraq “X17” kimi, qızının adı “X11” əvəzinə yanlış olaraq “X7” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onların adı “X16” və “X11” kimi qeyd edilmişdir. X6 xx.xx.2016-cı ildə ölmüşdür. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair çıxarış alınması üçün onun hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi Vəliyeva (İmişova) Elmira Əşrəf qızının nümayəndəsi, Vəkil ərizənin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin yalnız “X10” aid hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə doğulmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X13 19 noyabr 1986-cı ildə 35 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2016-cı ildə ölmüşdür. JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X17, X13, X3, X7, X14 və X5 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-16-12-21/2-613/2023 saylı arayışından görünür ki, JN-621A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X12 kənd sakini X8 adı səhvən X1 yazılmışdır. İkici Şıxlı kəndində adı qeyd olunan vətəndaşdan başqa bu adda heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN- 621A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum ərinin bütün sənədlərində adı “X16” kimi göstərilsə də, JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən “X1 göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X17 ilə təqdim olunan sənədlərdə göstərilən “X8 eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – nikah və ölüm haqqında şəhadətnamələrin surəti, JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, ərizəçi tərəfindən mərhuma aid sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair çıxarışın alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X9” aid hissədə “X10” məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X9” aid hissədə “X16”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1294/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1294/2023
17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver