Məhkəmə qərarları › İş №2(023)-1344/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1344/2023

26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1344/2023 26.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi1 Nümayəndə, Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 26 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı əsasında JN–173A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X2”na aid hissədə “Ərizəçi2”na məxsus olması və “X7”na aid hissədə “Ərizəçi1”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə Qazax rayonu İkinci Şıxlı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–173A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “Ərizəçi2” əvəzinə yanlış olaraq “X2” kimi, “Ərizəçi1” əvəzinə yanlış olaraq “X7” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onların adı “X2” və “Ərizəçi1” kimi qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması üçün onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi2 ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 Qocayev X3 ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında arayışdan görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş Ərizəçi2 atası X5, anası X4r. AZE seriyalı 15623462 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1979-cu ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə doğulmuş Ərizəçi1 atası Nümayəndə, anası Ərizəçi2dır. AZE seriyalı 15715851 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1999-cu ildə doğulmuşdur. JN–173A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi Nümayəndə, X2, X7 və Qocayev Şahvələd natiq oğlunun mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-16-12-21/2-436/2023 saylı arayışından görünür ki, JN-173A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X6 kənd sakini Ərizəçi1 və Ərizəçi2 adı səhvən X2 və X1 yazılmışdır. İkici Şıxlı kəndində adı qeyd olunan vətəndaşlardan başqa bu adda heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,8 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN- 173A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adı “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN–173A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən “X2 və X7” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X2 və X7” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – doğum haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti, JN–173A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, ərizəçi tərəfindən onlara aid sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–173A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X2 və X7”na aid hissədə “Ərizəçi2 və Ərizəçi1”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN–173A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X2 və X7”na aid hissədə “Ərizəçi2 və Ərizəçi1”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar