Məhkəmə qərarları › İş №2(023)-1378/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1378/2024

28.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1378/2024 28.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X26, Cavabdeh3, Qazax rayon Notariat Ofisinə,Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı « vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqısatqı-müqaviləsinin ləğv edilməsi və mənzildən məcburi vərəsəlik payın müəyyən edilməsi » tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X27, Qazax rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qazax rayon Notatiat ofisindən cavabdehə verilmiş X4nın mirasından payların müəyyən edilməsi barədə 28 sentyabr 2017-ci il tarixli, 2V-195 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə cavabdeh X16 verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən və cavbadehlər X26 və Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısına dair 6 avqust 2024-cü il tarixində 4Ə-670 reyestr nömrəsi ilə bağlanmış AN-İN1277208 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, anasından miras qalmış ünvan 2 ünvanında yerləşən vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildə Qazax şəhərində X36 ilə X12 birgə nikahından doğulmuşdur. X4 5 iyul 2005-ci il tarixdə bacısına vəsiyyətnamə vermişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********4- 05101-093002 reyestr nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Qazax şəhəri N.Nərmanov küçəsi ev 31, mənzil 2-də yerləşən mənzil anasından miras qalmışdır. Anası 2023-cü ildə vəfat etdikdən sonra qanunsuz olaraq ondan miras qalan Qazax şəhəri, N.Nərmanov küç ev 31, mənzil 2-də yerləşən evdən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bacısının miras əmlakından pay almaq hüququ tanınmış və vərəsəlik şəhadətnaməsi əsasında həmin evə bacısının adına Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** və **********42310301 reyestr nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Lakin bu vərəsəlik şəhadətnaməsi verilərkən onun bu əmlaka olan məcburi pay hüququ nəzərə alınmamışdır. Bu hal cavabdehin mirasa tam mülkiyyət hüququ ilə, həmçinin bu mülk üzərində tam olaraq sərəncam vermək hüququnu istisna edir. Buna baxmayaraq bacısı X6 şəhəri N.Nərimanaov küçəsi ev 31 mənzil 2-də yerləşən mənzili Qazax rayon Notariat Ofisində 6 avqust 2024-cü il tarixində ******* nömrəl daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Qazax şəhəri Azadlıq küçəsi ev 208 mənzil 47 də qeydiyyada olan Cavabdeh3 45000 manata satmaqla onun mənzil üzərindəki miras əmlakından məcburi pay hüququnu nəzərə almadan verilən vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı, bacısının adına verilmiş çıxarış, cavabdeh - bacısının Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsi məhkəmə tərəfindən ləğv edilməli və Qazax şəhəri N.Nərmanov küçəsi ev 31 mənzil 2-də yerləşən mənzildən miras olaraq payı müəyyən edilməlidir. O varis olaraq anasından qalan mirası faktiki olaraq qəbul etmişdir.O mirası faktiki olaraq qəbul edib.O mirasdan pay almalı olduğu halda Qazax rayon Notariat ofisi tərəfindən vərəsələrin dairəsi gizlədilməklə mirasdan məcburi payı müəyyən edulməmişdir.Cavabdehin nümayəndəsi X2 rayon Natoriat ofisinə təqdim etdiyi 12 sentyabr 2017-ci il tarixli mirasın qəbulu ərizəsində varis olaraq onun adı göstərilməmişdir.Bundan başqa bir məsələ isə cavabdeh tərəfindən onun nümayəndəsi X8 isə etbarnamə 14 sentyabr 2017-ci il tarixinə verilmişdir. Yəni Qazax rayon Notariat ofisi səlahiyyəti olmayan şəxsin ərizəsi əsasında vərəsəlik işi açılmışdır.Bundan başqa Qazax rayon Notariat ofisinə təqdim edilmiş Qazax rayon İcra Hakimiyyəti Mənzil İstismar sahəsinin 12 mart 2017-ci il tarixli arayışında da varis olaraq cavabdeh göstərilmiş və onun adı vərəsələrin dairəsi müəyyən edilərkən gizilədilmişdir.Bunun əsasında Qazax rayon Notariat ofisi 28 sentyabr 2027-ci il tarixində qanunsuz mirasa dair 2V-195 reyestr nömrəsi ilə cavabdehə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Anasının vəfatından sonra ondan qalmış mirası idarə etməklə ona sahiblənib.Buna baxmayaraq cavabdeh qanunsuz olaraq onu vərəsələrin dairəsindən gizlətməklə mirasdan tək özü pay almışdır. Ona görə də, Qazax rayon Notatiat ofisindən cavabdehə verilmiş X4nın mirasından payların müəyyən edilməsi barədə 28 sentyabr 2017-ci il tarixili, 2V-195 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik huqququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə cavabdeh X16 verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən və cavabdehlər X26 və Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən mənzilin alqı satqısına dair 6 avqust 2024-cü il tarixində 4Ə-670 reyestr nömrəsi ilə bağlanmış AN-İN1277208 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, anamdan miras qalmış ünvan 2 ünvanında yerləşən vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən cavabdeh X16 Qazax rayon Notatiat ofisində verilmiş 05 iyul 2005-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, Qazax rayon notariat ofisindən cavabdehə verilmiş anaları X12 mirasından payların müəyyən edilməsi barədə 28 sentyabr 2017-ci il tarixli, 2V-195 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə cavabdeh X16 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh3 arasında ünvan 4 ünvanında yerləşən mənzilin alqı-satqısına dair 6 avqust 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsilə bağlanmış AN-ın ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, anasından miras qalmış Qazax şəhəri, N.Nərimanov küçəsi ev 31 mənzil 2 ünvanında yerləşən mənzildən məcburi vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli evi X9 almışdır. Həmin evdə X26 yaşayırdı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, sağlığında anasına Ruhiyyə Sarıyevə qulluq etmişdir, lakin anasının vəfatından sonra sonuncu Tovuz rayonunda Azad adlı şəxsin fermasında işləməyə getmişdir. Əvvəllər anasına o da baxmışdır. Anası ona gizli açar vermişdir. Onunda həmin evdə haqqı vardır. Anası evin onların hər ikisinin olduğunu ona demişdir. Lakin onun vəsiyyətnamədən xəbəri olmamışdır. Bacısı Ruhiyyə anasının qırx mərasimindən sonra evin qıfılını dəyişmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, vəsiyyətnamə verilən zaman həmin əmlak X12 mülkiyyətində olmamış və qanunverciliyə əsasən vəsiyyətnəmə verilənə kimi mülkiyyət vəsiyyət verənin mülkiyyətində olmalıdır və bununla da qanunverciliyin tələbləri pozulmuşdur. İş materiallarından da görünür ki, əmlak vərəsəlik işi aparılan zaman yəni, 2017-ci il tarixdə mülkiyyətə alınmışdır. Eyni zamanda vərəsəlik işi açılan zaman Notariat ofisinə səlahiyyəti olmadan Müşgünaz Qocayeva adlı şəxs nümayəndə kimi müraciət etmiş və bununlada qanunverciliyin tələbləri pozulmuşdur. Həmçinin vərəsəlik materiallarından gürünr ki, vərəsələrin dairəsində yalnız cavabdehin adı qeyd olunmuşdur. Ümumiyyətlə notariat ofisində vərəsələrin dairəsi müəyyən olnunmamışdır. Cavabdeh digər vərəsənin olmasını gizlətmişdir. İş materiallarından, şahid ifadələrindən və işin gedişindən müəyyən olunur ki, mərhumun vəfatından sonra əşyaların bir qismini iddiaçı sahiblənmişdir. Ona görə də, o artıq mirası faktiki qəbul etmiş sayılır. Rəmziyyə yas mərasimində də iştirak etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X26 iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin mübahisəli evdə o, ailəsi və anası yaşamışdır. Belə ki, anası fil xəstəliyindən əziyyət çəkmişdir və ona qulluq etmişdir. Həmin evdə tikinti-təmir işləri aparmış, anasının vəfatından sonra həmin evdə yaşamaqla və bütün kommunal xərcləri ödəməklə əmlaka sahiblik etmək və idarə etməklə mirası faktiki qəbul etmişdir. X51 vəfat etdikdən sonra bacısı Rəmziyyə yas mərasiminə gəlsədə qısa bir müddətdən sonra yaşadığı Türkiyə Respublikasına qayıtmışdır. Həmin vaxtlar Rəmziyyə Türkiyədə işləmiş və yaşamışdır. Azərbaycana gələn zaman isə Qazax rayonunda yerləşən ərinin evində yaşamışdır. Həmçinin iddiaçı anasına məxsus heç bir əşya aparmamışdır. Anasının vəfatından uzun müddət sonra bacısı Rəmziyyə Türkiyədən qayıdan zaman öz yaşadığı evində qızına xeyir iş edən zaman onun evində məişət əşyaları çatmadığından ərinin maşını ilə bacısı Rəmziyyənin evinə çarpayı aparıb vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, 2005-ci il tarixdə verilmiş vəsiyyətnamə onu göstərir ki, mərhum Yasilə Sarıyeva həmin əmlakı qızı Ruhiyyəyə vermişdir. Eyni zamanda iddiaçı özü qeyd etdi ki, anasının qırx mərasimindən sonra o həmin evdə yaşamamış və əlaqəsi olmamışdır. Şahid ifadələrində ziddiyətlər olmuş və işin hallarına müsbət təsir olmamışdır. Eyni zamanda miras açılan zaman 2013cü ildə quvvədə olan Mülki Məcəlləsinin müvafiq 1243.2-ci maddəsi quvvədə olmuşdur və həmin maddənin tələblərinə əsasən miras açılması ilə bağlı notariat ofisinə müraciət edərək mirasın qəbul edilməsi və əmlaka sahiblik etməklə miras vərəsə tərəfindən qəbul edilmiş sayılmışdır. Təqdim edilmiş yazılı subutlarla və şahid ifadələri ilə müəyyən olunur ki, miras fakitiki olaraq cavabdeh tərəfindən qəbul edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Qazax rayon Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndələri məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə işə həmin cavabehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, şahid ifadələrini, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X14 qonşusudur. X28 vəfat edən günə kimi Ruhiyyə onunla birlikdə yaşamışdır. X12 vəfatından sonra da X26 ailəsi ilə birlikdə onun evində yaşamışdır. İddiaçı Rəmziyyə isə ümumiyyətlə anasının vəfatına kimi və vəfatından sonra həmin evində yaşamamışdır. X12 vəfatından 3-4 il sonra isə həmin evdə yaşayan Ruhiyyə evi kirayə vermişdir. X12 dəfni ilə bağlı xərcləri Ruhiyyə Sarıyeva çəkmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X14 qonşusudur. Rəmziyyəni tanımır. X28 vəfat edəndən sonra Ruhiyyə Sarıyeva ailəsi ilə birlikdə onun evində yaşamışdır. Ruhiyyə Sarıyeva həmin evdə təmir işləri aparmışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X14 qonşusudur. O, Rəmziyyəni tanımır, Ruhiyyə Sarıyevanı isə tanıyır. X12 vəfatından sonra Ruhiyyə Sarıyeva onun evində yaşamışdır. Rəmziyyə yalnız X28 vəfat edəndə gəlmişdir. Hətta həmin evi bir müddət Ruhiyyə Sarıyeva kirayə vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X22 verdiyi ifadəsində göstərmişdir ki, tərəflər onun baldızı qızlarıdır. Mübahisəli evdə X28 ilə Ruhiyyə Sarıyeva yaşamışdır. X28 xəstələnən vaxt Rəmziyyə də ona baxmışdır. Rəmziyyə anasının yas mərasimində iştirak etmiş, sonra Türkiyə Respublikasına getmişdir. Daha sonra Rəmziyyə Sarıyeva anasının qırx mərasiminə gəlmişdir. X12 vəfatından sonra Rəmziyyə öz qaynanasının Qazax rayon ərazisində olan evində yaşamışdır. X12 vəfatından sonra Rəmziyyə anasına məxsus palaz, kravat və qab-qaşığı öz evinə aparmışdır. Həmin əşyaları qırx mərasimindən sonra aparmışdır. Rəmziyyədə evin açarı olmuşdur və o iki cümə axşamında iştirak etmişdir. Hətta cümə axşamının birini əmisi arvadı vermişdir ki, həmin vaxt Ruhiyyə Tovuz rayonunda işdə olmuşdur və orada iştirak etməmişdir. Həmin cümə axşamında yalnız Rəmziyyə olmuşdur. Rəmziyyə anasının qırx mərasimindən sonra az müddət qalmış və sonradan Türkiyəyə getmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X32 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərlə bir küçədə yaşasalar da, yaxın münasibətləri olmamışdır. Təxminən on il bundan əvvəl Rəmziyyə Qazax şəhəri X35ndə müəyyən əşyaları olduğunu və anasının qırxından sonra həmin əşyaları götürəcəyini ona demişdir. Sonradan onun avtomobili ilə həmin ünvandan kravat, palaz, qazan və qab-qacağı Qazax şəhəri Azadlıq küçəsində yerləşən evə aparmışlar. Həmin vaxt orada Rəmziyyə, Ruhiyyə və bir nəfər başqa şəxs olmuşdur. Tam yadında deyil amma təxminən əşyaları ikinci mərtəbədən götürmüşdülər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərin yaxın qohumudur. Tərəflərin hər ikisi də analarına qulluq etmişlər. X12 ya qırx, yada il mərasimində Rəmziyyə iştirak etmişdir. X12 heç bir cümə axşamı mərasimində iştirak etməmimşdir. O, Rəmziyyənin anasının bəzi əşyalarını apardığını görməmişdir, sadəcə eşitmişdir. Mübahisəli evdə mərhumun vəfatından sonra Ruhiyyə əri ilə birlikdə yaşamışdır. Rəmziyyə isə Qazax rayonunda yerləşən öz ərinin evində yaşamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə həm qohum, həm də qonşudular. Tərəflərin münasibəti normal olmuşdur. Bütün yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anası vəfat edən günün səhəri gəlmiş və yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anasına məxsus kravat, qab-qaşıq, xalça və başqa əşyaları təxminən qırxdan sonra götürmüşdür. Həmin əşyaları Xıdırın maşını ilə aparmışdır. Evin açarının kimdə olduğu barədə heç bir məlumatı olmamışdır. İş materialalarında olan İİ-ЖГ seriyalı 409877 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx xxxxxx 1974-cü ildə Qazaxda anadan olmuş, atası qrafasında X37, ana qrafasında isə X5 qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestindən alınmış xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 məxsus Qazax şəhəri, N.Nərimanov küçəsi, ev 31, mənzil 2 də yerləşən sahəsi 87.7 kv/m sahəsi olan xüsusi mülkiyyətin üzərində məhdudiyyət və yüklülük qeydə alınmayıb. İş materiallarında olan “Elektron notariat” X1 Vasitəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Qazax şəhəri X35 ev 31 mənzil 2 ünvanda yerləşən evdə Cavabdeh2 və X24 yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan “Elektron notariat” X1 Vastəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan xx.xx.2024-cü il 11:33 tarixli çıxarışın surətindən görünür ki X18 yasayış yeri qeyydiyyatı, Qazax şəhəri X35 ev 31 mənzil 2 də ünvanında yerləşən evdə xx.xx.2034-cü il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Vİ-ЖГ serialı 476541 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və X24 arasnda nikah bağlanmış və bu barədə xx.xx.1988-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X24 Notariat ofisə ərizə yazaraq bildirmişdir ki, birgə nikah dövründə əldə edilmiş Qazax şəhəri X35 bina 31 mənzil 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. İş materiallarında olan Qazax rayon notariat ofisinin xüsusi notariusu X10 ünvanlanan ərizədən görünür ki, satıcı X26 və Cavabdeh3 Qazax şəhəri X35 bina 31 mənzil 2 ünvanıda yerləşən mənzili 45000 manat qiymətə satılması barəsdə razılığa gəlilmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi həmçinin bununla bağlı xərclərin ödənməsini alıcı öz üzərinə götürür. Alıcı müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin AZ59AİİB410400G**********136-Kapital Bank ASC Qazax filialındakı depozit hesabınıza qəbul edilməsini xahiş edir. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli 762 nömrəli Cavabdeh3 tərəfindən "xxxx" ASC Qazax filialına ünvanlanan məktubdan görünür ki, Cavabdeh3 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqviləsi üzrə təstiqlənməli olan 45000 manat məbləğində pulun bu müqavilə üzrə tərəfindən təsdiq edildikdən sonra məktubun əsasında Qazax şəhəri X35 bina 31 mənzil 2 ünvanıda yerləşən mənzil üçün satıcı X16 verilməsi notarius X7 bankınızda olan AZ59AİİB410400G**********136 depozit nömrəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Natoriat ofisinə ünvanlanan xx.xx.2024 cü il tarixli ərizədən görünür ki, Qazax şəhəri X35 bina 31 mənzil 2 ünvanıda yerləşən mənzilə dair alqı-satqı müqviləsini rəsmiləşdirmək istəmiş, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub olmaması və ya ona həbs qoyulub qoyulmaması barədə məlumatın reyal vaxt üzrə daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarında oaln xx.xx.2024 cü il tarixli Cavabdeh3 tərəfindən Notariat ofisinə ünvanlanan ərizədən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsi üzrə əldə etdiyi Qazax şəhəri X35 bina 31 mənzil 2 ünvanıda yerləşən mənzilə dair 15 iş günü ərizində Elektron Çıxarış və Texniki pasport alınması üçün sənədlərini DƏDRX-in 15 saylı Ərazi İdarəsinə E- Notariat İnformasiya sistemi vasitəsi ilə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan X13 tərəfindən Cavabdeh1na ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Qazax şəhəri X35 bina 31 mənzil 2 ünvanıda yerləşən mənzilə vəsiyyətnamə üzrə şəhadətnamə verməyi xahiş etmiş və həmçinin ərizədə MM-in 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa şəxslərin olmadığı vurğulamışdır. İş materiallarında olan İ-ЖГ 255120 nömrəli X36 və X29 arasında xx.xx.1973-cü ildə nikah bağlanmış və sonra X19 Sarıyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.1983-cü ildə ölmüşdür. İş materiallarında olan 620482 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 29 iyun 2013-cü ildə ölmüşdür. İş materiallarında olan 12 mart 2017-ci il tarixli arayışdan görünür ki, X12 ölən günə kimi Qazax şəhəri X35 bina 31 mənzil 2 ünvanıda yaşamışdır. Ölən günə kimi onunla birgə yaşamış və ölmündən sonra yaşamağa davam edən X39 qalmışdır. Arayışda həmin evdə qeydiyyatda olan lakin başqa ünvanda yaşayan övladları və həmin evdə qeydiyyatda olmayıb başqa ünvanda yaşayan övladlarının qeyd edilməsi lazım olan qrafa başdur. İş materiallarında olan xx.xx.2005-ci il tarixli vəsiyətnamənin surətindən görünür ki, X28 bütün əmlakını harda olmasından və nədən ibarət olmasından asılı olmayaraq o cümlədən Qazax şəhəri X35 bina 31 mənzil 2 ünvanıda yerləşən mənzilini X20 vəsiyyət etmişdir. İş materiallarında olan 08 sentyabr 2017-ci il tarixli Dövlət Notariat Arxivi tərəfindən Cavabdeh2 qıızna ünvanlanan məktubun surətindən görün ki, 05 iyul 2005-ci il tarixli vəsiyətnamənin dəyişdirilməsi ləğv edilməsini barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarınada olan xx.xx.2017-ci il tarixli Dövlət Notariat Arxivinin məktubdan görünür ki, xx.xx.2055-ci il tarixli 2V-İ-96 nömrəli vəsiyyətnamənin xx.xx.2017-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarınada olan Vəsiyətnamə üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013 tarixdə ölmüş X28 vərəsəsi Cavabdeh2 Qazax şəhəri X35 bina 31 m 2 və o miras əmlakından tam hisədə pay almalıdır. İş materialarında olan Hüquqların Dövlət qeyydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX1109019 nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Qazax şəhəri, N.Nərimanov küçəsi, ev 31, mənzil 2 də yerləşən sahəsi 87.7 kv/m sahəsi olan Cavabdeh2 xüsusi mülkiyyətindədir İş materialalarında olan Qazax şəhər Notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 87.7 kv/m, yaşayış sahəsi 44.2 kv/m, yardımçı sahəsi 43.5kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsinin tam hissəni 87.7 kv/m Cavabdeh3 satmışdır. İş materiallarınada olan çox saylı qəbzlərdən görünür ki, X26 müxtəlif tarixlərdə qaz və elektrik energisinin istifadə edilməsi üçün ödənişlər etmişdir. İş materiallarınada olan xx.xx.2024-cü il tarixli Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2023-cü il tarixədək müxtəlif tarixlərdə dövlət sərhədindən 9 dəfə giriş edib, 8 dəfə çıxış edib və hər dəfə ölkə xaricində uzun müddət qalmışdır. İş materiallarınada olan xx.xx.2024-cü il tarixli Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məktubundan görünür ki, X26 xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müxtəlif tarixlərdə dövlət sərhədindən 8 dəfə giriş edib, 8 dəfə çıxış edib və hər dəfə ölkə xaricində 1-3 gün qalmışdır. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, X28 tərəfindən Qazax şəhəri, N.Nərimanov küç ev 31 mənzil 2 ünvanında yerləşən mənzili X16 vəsiyyət edilmiş, X26 xx.xx.2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla həmin əmlakı qəbul etmişdir. Sonradan həmin əmlakı Cavabdeh3 satmışdır. Hazırki iddia tələbində isə İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Cavabdeh3 arasında ünvan 4 ünvanında yerləşən mənzilin alqı-satqısına dair 6 avqust 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsilə bağlanmış AN-ın ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini və X11 qalmış miras kütləsinə daxil olan əmlak Qazax şəhəri, N.Nərimanov küç ev 31 mənzil 2 ünvanında yerləşən mənzilin payının müəyyən olunmasını xahiş etmişdir. Lakin İddiaçı X11 qalmış mirasın qəbul edilmiş hissəsinə, vəsiyyətnamənin etibarsız hesab olunmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, iddianın əsaslılığını sübuta yetirmək və buna dair dəlilləri məhkəməyə təqdim etmək iddiaçının vəzifəsidir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Mülki işin məhkəmədə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, cavabdeh X28 2005-ci illərdə Qazax şəhəri, N.Nərimanov küç ev 31 mənzil 2 ünvanında yerləşən mənzili vəsiyyətnamə üzrə X16 vəsiyyət etmişdir. X3 həmin əmlakı Cavabdeh3 satmışdır. Hazırda İddiaçı cavabdeh X16 verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Cavabdeh3 arasında ünvan 4 ünvanında yerləşən mənzilin alqı-satqısına dair 6 avqust 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsilə bağlanmış AN-ın ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini və X11 qalmış miras kütləsinə daxil olan əmlak Qazax şəhəri, N.Nərimanov küç ev 31 mənzil 2 ünvanında yerləşən mənzilin payının müəyyən olunmasını xahiş etmiş, lakin iddiaçı iddia tələbini əsasını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin və 29-cu maddəsinin 1, 2 və 5-ci hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1133.1-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Həmin Məcəllənin 1166-ci maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1176.1-ci maddəsinə görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1201-ci maddəsinə görə əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.Lakin məcburi pay hüququ olan şəxslər həmin paylarını mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində həyata keçirməlidirlər. Beləki, cavabdeh X26 2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla X28 tərəfindən ona vəsiyyət edilmiş əmlakı qəbul etmişdir. Həmin mənzildə yaşamaqla və idarə etməklə mirası tam qəbul etmişdir. Eyni zamanda mərhum X28 həmin mübahisəli mənzilə dair vəsiyyətnamə verən zaman həmin mənzilin müvafiq sənədi olmasada sonuncunun sahibliyində və istifadəsində olmaqla onun mülkiyyətində olmuşdur. Mülki işin bütün hallarından görünür ki, cavabdeh miras açıldıqdan sonra mirasın qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində həmin mirası qəbul etməmiş və idarəçiliyində iştirak etməmişdir. Hətta iddiaçının məhkəməyə təqdim etdiyi şahid Əhmədov Xıdır ifadəsində göstərmişdir ki, İddiaçı ilə birlikdə sonuncunun anasının vəfatından sonra həmin evə gedərək 2-ci mərtəbədən müəyyən əşyaları yığıb Rəmziyyənin evinə aparmışdır. Halbuki həmin mübahisəli mənzil 2 mərtəbəli yaşayış evi deyildir. Həmin şahidin zidiyyətli ifadəsindəndə görünür ki, İddiaçı özünün qeyd etdiyi kimi anasının vəfatından sonra mirasın bir hissəsini qəbul etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair əsaslar müəyyən edilmədiyinə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmçinin məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı cavabdehlər X26, Cavabdeh3, Qazax rayon Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqı-müqaviləsinin ləğv edilməsi və mənzildən məcburi vərəsəlik payın müəyyən edilməsi» barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qazax rayon Notariat Ofisinə və DƏDKR PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqı-müqaviləsinin ləğv edilməsi və mənzildən məcburi vərəsəlik payın müəyyən edilməsi» tələbi barədə iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar