Məhkəmə qərarları › İş №2(023)-138/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-138/2024

14.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-138/2024 14.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi və Cavabdeh iştirakı ilə İddiaçı QİZİNİN Cavabdeh VƏ qarşı mirasın faktiki qəbul edilməsi vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QİZİNİN Cavabdeh VƏ qarşı mirasın faktiki qəbul edilməsi vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı QİZİ məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh ona qarşı olan hazırki mülki işin iddiaçının gəlmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını və işə mahiyyəti üzrə baxılmasını təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə baxış iclasına gəlmədiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı QİZİNİN Cavabdeh VƏ qarşı mirasın faktiki qəbul edilməsi vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar