Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1383/2025 16.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 qızının iştirakları ilə, Ərizəçi ərizəsinə əsasən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 16 dekabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs - Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1984-cü il tarixdə Gürcüstan SSR Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü X4 onun qızıdır. X1 diaqnozu "Uşaq serebral iflici. Aşağı ətrafın süst paraparezi. Oliqofreniya embesil dərəcəsi" kimi qeyd edilmişdir. Qızının bu xəstəliyi müddətsiz olmaqla, ikinci dərəcəli əlillik verilmişdir. Qızı bu xəstəlik səbəbindən tamamilə fəaliyyət qabiliyyətini itirmişdir, özünü idarə edə bilmir, başqalarının yardımına möhtacdır. Xəstəlik anadangəlmədir. Qızı hərəkətlərinin mənasını bilmir, daima qulluq və müalicəyə ehtiyacı vardır. Müraciəti anlamır, özünə qulluq vərdişləri inkşaf etməmişdir. Qeyd olunanlara əsasən xx.xx.1984-cü il tarixdə Gürcüstan SSR Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası X3, anası isə Ərizəçi olmaqla, xx.xx.1984-cü ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1984-cü ildə doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X4 - "Uşaq serebral iflici. Aşağı ətrafın süst paraparezi. Oliqofreniya embesil dərəcəsi" diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 603 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X2 «Ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri» müəyyən edilir. X4 öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X4 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X4 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1383/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1383/2025
16.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver