Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1385/2025 06.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi Sadıxova Günay Fauna qızının katibliyi Ərizəçi OĞLUNUN və Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakları ilə Ərizəçi OĞLUNUN Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinə mülki işi məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi OĞLUNUN Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi OĞLU məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinə əlavə olunmuş sənədləri və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X2 ərizəçinin ərizəsinə əsasən mülki iş üzrə ərizənin geri qaytarılmasına etiraz etməmişdir. Ərizəinin və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2025, qəbz nömrəsi: **********) dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Ərizəçi OĞLUNUN Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən ərizəçi OĞLUNa qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev İş № e-2(023)-1385/2025 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Qazax Rayon Məhkəməsi xx.xx.2025-ci il Qazax şəhəri Hakim Musayev Nemət Əlimusa oğlu Ərizəçi KAZİMOV AYDİN NƏBİ OĞLUNUN Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq etdi. Prosessual hərəkəti saat 10:15-də başladı. Ərizəni və iş materiallarını nəzərdən keçirib, həmin iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul etdi. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkəti xx.xx.2025-ci il tarixdə saat 10:20-da qurtardı. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1385/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1385/2025
06.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver